adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
05 Noyabr 2019 14:12
25305
ƏDƏBİYYAT
A- A+

Qaçaq Nəbi Mahnısı və Səttərxan Təsnifi - Elman Cıvıroğlu yazır

Bilindiyi kimi ədəbiyyat, bədii yaradıcılıq sahəsi də içində olmaqla sənət aləmində sənətkarlarmız arasında birbirindən təsirlənmələr olub. Hətta poezyada bir klassikimiz özündən öncəki klassikdən, sənətkardan təsirlənərək onun hər hansı bir şeirinə nəzirə də yazıb. Məsələ, klassiklərimizdən olan Ə.Nəvainin bəzi qəzəlindən ilham alaraq Füzulinin gözəl əsər ortaya qoyduğu bəllidir.

Yaxın tariximizdə görkəmli sənətkarımz Hüseyn Cavid "Şeyx Sənan” faciəsindəki kor ərəbin məşhur mahnısının mətnini Güney Azərbaycanlı şairimiz Əbülhəsən Racinin (1834-1875):

Nə eşq olaydı, nə aşiq, nə hüsni- dilbər olaydı

Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı

beytiylə başlayan bir şeirindən təsirlənərək yazıb. Səməd Vurğunun ölkəmizdə geniş yayılmış "Azərbaycan, Azərbaycan” başlıqlı şeirin də Əhməd Cavadın eyni adlı, 1919-cu il tarixli şeirindən doğduğu bilinməkdədir. İncəsənət sahəsində də təsirlənmələr özünü az göstərməyib.

Burada məqsədim toxunduğum mövzu ilə bağlı geniş danışmaq deyil, iki qəhramanlıq mahnımıza, nəğməmizə dair bir-iki söz söyləmək istəyirəm. Bunlardan biri "Qaçaq Nəbi”xalq mahnısı,digəri isə”Səttarxan təsnifi”dir. "Qaçaq Nəbi” mahnısını usta xanəndələrimizin ifasında çox dinləmişik. "Səttarxan təsnifi ni işə şəxsən mən "Segah” muğamının ifasında zirvə fəth etmiş İslam Abdullayevin ifasında dinləmişəm. Bu təsnifi başqa bir xanəndənin, müğənninin oxuduğuna dair bir bilgim yoxdur.

"Səttarxan təsnifi ni dinləyərkən bu təsnif ilə "Qaçaq Nəbi” mahnısı arasında olduqca yaxın bənzərlik, hətta eynilik (mətindəki sözləri çıxmaqla) gördüm. Eyni melodiya, eyni motiv...

Bildiyim qədəriylə qəhramanlıq mahnısının ikisi də Azərbaycanın elm və mədəniyyət (elm də mədəniyyətin içindədir, ancaq bizdəki gələnəyə uyaraq belə yazdım) mərkəzlərindən biri olan Qarabağ bölgəsində (bir çox musiqi əsərləri kimi) yaradılıb, ifa edilib.

İslam Abdullayevin ifasında "Səttarxan təsnifi” 1909-cu ildə (bəzən 1910 kimi göstərilir) Azərbaycandan kənarda bir səhmdar şirkəti tərəfindən qrammofon valına yazılmışdır. Qacaq Nəbi haqqında mahnı isə yuxarıda da dediyim kimi Sovet dövründə xanəndələrimiz (Xan Şuşinski də daxil olmaqla)tərəfindən oxunub. Buradan təbii olaraq belə bir sual ortaya çıxır: Bu musiqi örnəklərindən təsir edən və təsirlənən hansıdı r, yaxud hansı "köçürmə” dir?

Xalq musiqimizə bələd olan musiqiçilərimizin bu məsələyə aydınlıq gətirəcəklərini ümid edirəm.