adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Noyabr 2019 14:05
7686
GÜNDƏM
A- A+

2020-ci ildə manatın məzənnəsi necə olacaq? - Elman Rüstəmov aydınlıq gətirdi

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov 2020-ci ildə manatın məzənnəsinə aydınlıq gətirib.

Adalet.az-ın məlumatına görə, E.Rüstəmov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, 2020-ci ildə qarşımızda duran başlıca vəzifə makroiqtisadi sabitliyin təmin olunmasıdır.

O qeyd edib ki, növbəti ildə də qiymət sabitliyi və manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq: "Artıq üçüncü ildir ki, manatın xarici valyutaya nisbəti sabitdir”.