adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Noyabr 2019 17:59
12764
MƏMLƏKƏT
A- A+

TƏBRİK

Çox hörmətli Qulu müəllim!

Siz Azərbaycanın ictimai-siyasi, eləcə də elmi-mədəni həyatında özünü təsdiq etmiş aydınlarımızdan birisiniz. İstər teleməkanda, istər yazılı mediada, istərsə də çalışdığınız auditoriyalarda peşəkarlığınızı və Azərbaycan sevdanızı birmənalı şəkildə təsdiq etmisiniz. Sizin kimi bir ziyalı ilə fəxr etmək olar. Necə ki, biz fəxr edirik!

Çox hörmətli Qulu müəllim!

Biz Sizi bir pedaqoq və gənclərin, söz adamlarının dostu kimi də çox istəyirik. Ona görö də Sizin 65 yaşınızın tamamını ürəkdən təbrik edir və "Yüz yaşayın!” deyirik. Doğum günün mübarək olsun, çox hörmətli professor Qulu Məhərrəmli!

Hörmətlə, Aqil Abbas və "Ədalət" qəzetinin kollektivi