adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Noyabr 2019 16:32
7167
GÜNDƏM
A- A+

Prezident : Bu gün Bakı həm ekoloji, həm də rahatlıq baxımından çox sürətlə inkişaf edən şəhərdir

Bu gün Bakı həm ekoloji, həm də rahatlıq baxımından çox sürətlə inkişaf edən şəhərdir.

Adalet.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.

Dövlət başçısı deyib: "Eyni zamanda, şəhərin təsərrüfatı yenilənir və bu məqsədlə mənim tərəfimdən müvafiq sərəncamlar verilmişdir, qərarlar qəbul edilmişdir. Mən sizə dəfələrlə bu məsələlərlə bağlı öz tövsiyələrimi vermişdim və bu il şəhər təsərrüfatının müasirləşdirilməsi istiqamətində işlər aparılıb. Həm dövlət investisiya proqramı çərçivəsində, eyni zamanda, Prezidentin ehtiyat fondunun vəsaiti hesabına lift təsərrüfatı yenilənir, nümunəvi həyətlər qurulur. Heydər Əliyev Fondu bu sahədə çox böyük iş aparır. Dam örtüklərinin təzələnməsi üçün ehtiyat fondundan 10 milyon manat vəsait ayrılmışdır".