Əbülfət MƏDƏTOĞLU: “SEVDA MÖHÜRÜ”NÜN

ƏBÜLFƏT MƏDƏTOĞLU
41975 | 2019-11-05 09:10

Bir neçə gün öncəAzərbaycan oxucusuna imzası yaxşı tanış olan, xüsusilə "Ədalət” qəzetinin izləyicilərininmaraqla izlədiyi dəyərli Vəli Xramçaylı iş otağıma gəldi. Və özü ilə birlikdəşair bir kitab da gətirdi. Xətrini çox istədiyim Dərviş Vəli birbaşa mətləbəkeçdi:

- Al bu kitabı,oxu, xoşuna gələcək. Tay sonrasını da özün bilirsən.

Təbii ki, şairdostumun ərki onun səmimiyyətinin və münasibətlərimizin hansı mərtəbədəolmasının göstəricisi idi. Ona görə də kitabı məmnuniyyətlə qəbul edib elə həmin andan da yazı masamın üstündə, yənigözümün önündə saxlamaqla yanaşı, həm də onu oxumağa başladım...

Bəri başdandeyim ki, tanınmış ədəbiyyatşünas tənqidçi, professor Rüstəm Kamalın ön sözü vəşair Rəfael İncəyurdun redaktorluğu ilə işıq üzü görmüş "Sevda möhürü” şeirlərkitabının müəllifi Söhrab Abdullahdı. Düzünü deyim ki, bu müəllifin imzası iləilk dəfə rastlaşsam da, elə ilk misralarından kitabdan şeir havasını tutabildim. Yəqin ki, buna professor Rüstəm Kamalın fikirləri də təsir etmişdi.Çünki ədəbiyyatşünas alim Söhrab Abdullahın şeirlərinə elə bir pəncərə açıb, eləbir işıq salıb ki, bu pəncərədən baxıb həmin işığın içərisində olan fikirləri,duyğuları görməmək mümkün deyil. Və mən dəelə müəllifin kitabın redaktoruna ünvanladığı ilk şeirini gözdən keçirəndə açıqca gördüm ki, Söhrab Abdullah həqiqətən VəliXramçaylının dediyi kimi, təbli, ruhlu şairdi. Allahın verdiyi təb və ruh onunmisralarını diri, yaşayan, nəfəs alan bir formada oxucuya göstərir, çatdırır. Yənioxucu ilə şeirin təması canlı olur. Məsələn:

Gözəllər eşqinəsüzülsün gərək,

Misradan-misrayabal pətək-pətək,

Yeraltı faydalıqazıntılar tək,

Gizlənən sözlərətac oldu Söhrab.

Bəli, bu şeirparçasındakı bir fikir mənə xüsusilə diqqətçəkən gəldi. Yəni "yeraltı faydalıqazıntılar tək” deyimi təkcə coğrafi anlayış deyil, bu həm də indiki məqamda poetik fikrin yeni cilada, yeni biçimdə təqdimidir.Şair təbiətin alt qatını sözün üst qatına çevirib və bununla da bir oxucu kimimənim diqqətimi çəkməyi bacarıb. Bax, mən də elə bu cür təzəlikdən, təravətdən,ipucu kimi istifadə edərək növbəti şeirlərə doğru gedirəm.

Ayrılıq zəli təkəmir qanımı,

İmtahana çəkirdin, imanımı,

Yolunda sadağaolan canımı,

Əzrayıl gəlmədənal, demədimmi?

Və yaxud:

Qoymasın gileydəndüşüm dillərə,

Meylimi salmadımqeyri güllərə.

Məni tərk etməsinnaşı əllərə,

Yaram çox dərindi,təbib neyləsin?

Əgər bu iki bəndəfikir verdinizsə, onda görərsiniz ki, ayrı-ayrı şeirlərdən gətirilmiş bu nümunələrbir ruhun məhsuludu, bir yaşamın ifadəsidir. Təbii ki, həmin yaşamın da adısevgidir. Elə ən önəmlisi də bu sevginin saflığı və onun ifadə edilməsi üçüntapılan və sərgilənən formadı. Bunu da Söhrzb Abdullah ustalıqla həll edəbilibdir. Ona görə də sevdiyinə, sevənlərinə və hardasa həm də oxucularına üztutaraq deyir ki:

Tufanlar içindənkeçib gəlirəm,

Sevdayolçusuyam, köçüb gəlirəm.

Eşqin şərbətiniiçib gəlirəm,
Zəhəri şərdəbətə tökmə, nə olar?

Və yaxud:

Gün gələr bukeçmiş xatirələri,
Könül dəftərinə yazarsan dedim.

Keçən ömrümüzübir yuxu kimi,

Oturub həsrətləyozarsan dedim.

Bu fərqli beytlərdədə şair qəhrəmanı ilə dialoq qurur, söhbətləşir, ona bir növü özünü təqdim edirvə bu təqdimatda da yalnız bir istək, bir umacaq var. Həmin istək də sevgiyəsayqıdı. Yəni şair öz haqqını bir Leyli sevdasıyla dəyərləndirməsini istəyir.Çünki özü sevgisində Məcnundu. Və deməli, istəyində də haqlıdı. Və burada bir məqamıda qeyd etməliyəm ki, şair bütün baxış bucaqlarından görünən bir məqamı heçvaxt unutmur. Həmin məqam da səmimiyyət və paklıqdı. O, öz fikirlərinin şahdamarına məhz bunları hopdurubdu. Ona görə də birbaşa və birmənalı şəkildədeyir:

Sənin dərdləriniboyunbağı tək,

Qədərin qoynundaipə düzdürdüm.

Bu dərdi söz iləyazammasam da,

Eşqimlə ömrümə fərmanyazdırdım.

Və yaxud:

Söhrabın halınıbiməsən də sən,

Bir sevda uğrunaölməsən də sən.

Bir ömür gözləsəm,gəlməsən də sən,

Mən səni özüməyar eləmişdim.

Bax, mənim biroxucu olaraq duyub söylədiyim fikirlər zənnimcə, bu misralarda əyani şəkildəözünü göstərir.

Dörd hissədənibarət olan "Sevda möhürü” kitabı daha çox mənəfolklorumuzdan, aşıq yaradıcılığımızdan bəhrələnən bir nümunənixatırlatdı. Və mən kitabdakı istər qoşmaları istər gəraylıları, istər qəzəllərioxuyarkən tam səmimiyyətlə etiraf edim ki, maraqlı söz çələngi ilə qarşılaşmışoldum. Ona görə də kitabı mənə təqdim edən Vəli Xramçaylıya təşəkkürümləyanaşı, müəllifə də uğurlar diləməyi özümə borc bilirəm.

TƏQVİM / ARXİV