adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Noyabr 2019 09:27
38980
İDMAN
A- A+

O QOLDA ƏSAS GÜNAHKAR RƏŞAD SADIQOV DEYİLDİ

Baxıram, «Apoel»lə oyundan sonra futbolu bilən də, bilməyən də düşüb Rəşad Sadıqovun üstünə. Qapımıza vurulan qolda günahkar onu bilirlər. Düzdür, Qurban Qurbanov Rəşadın tərəfini saxladı.

Əsas günah kimdəydi? Heç bu barədə yazan olmadı, Qurban da demədi.

Qapımızın yaxınlığında, 15-16 metrliyində cərimə zərbəsi vurulur. «Apoel»in beş oyunçusu cərimə zərbəsinin yaxınlığındadı. Bəs cərimə vuran futbolçumuz Ailton neylədi? O qələbəlikdə topu öz oyunçumuza qısa pas verdi və rəqib də topa yiyələndi, Rəşad Sadıqov Allahın bacısı oğlu olmadığına görə, çata bilmədi.

Qardaşım, görürsən qələbəlikdi, bütün rəqib oyunçular səni əhatəyə alıb, Allahını çağır bir dənə «t» de də, bütün gücünlə topu vur, cərimə meydançasından uzaqlaşsın. Nəticədə bir əks hücum da yarana bilərdi.

Amma neylədi… Mən Rəşad Sadıqovu müdafiə eləmək üçün yazmadım bunu, sadəcə olaraq günahı heç olmasa əlli-əlliyə bölün.

Mərkəz müdafiəçiyə ruslar «çistilşik» deyir, yəni təmizləyici. Onun əsas vəzifələrindən biri topu bütün imkanları ilə öz cərimə meydançasından uzaqlaşdırmaqdır, yeri gələndə aut atmalıdır ki, hücumun qarşısını alsın. Amma bəzən bizim mərkəz müdafiəçiləri özlərini Messi kimi aparmaq istəyir, nəticədə də… Təbii ki, onlar Messi deyil.