adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Noyabr 2019 15:48
42202
İDMAN
A- A+

MƏŞQÇİLƏR SONRADAN OYUNU TƏKRAR İZLƏMİRLƏR?

Çempionatın son turunun 4 oyunun dördünü də izlədim. Ümumiyyətlə, bütün çempionatı izləyirəm. Və hər oyunda da eyni futbolçuların eyni səhvlər etdiyinin şahidi oluram. Yəqin ki, məşqçilər də bunu görürlər. Bəs, niyə tədbir görmürlər?

«Ay bala, topu axşam evinizə aparacaqsan, at də!»- oyunlara baxarkən ən çox işlətdiyim ifadədi. Ağıllı futbolçu odur ki, ona gələn topu hələ ona çatmamış kimə ötürəcəyini bilməsidir. Çox təəssüf ki, bunu bizim futbolçularda görmürük. Və yadınıza salın, həm yerli çempionatda, həm də Avropa oyunlarında qapılarımıza vurulan topların yetmiş faizi məhz futbolçularımızın topu özündə çox saxlamaları, topları vaxtında ötürə bilməmələri nəticəsində itirirlər, rəqib də həmin topu vurur bizim qapıya. Özü də bu səhvləri ən məşhur futbolçularımız da edir.

Belə səhvlər dünya futbolundan da xali deyil, amma day bizdə vurub çıxır kəllə çarxa.

Nəticədə bəzən «Qarabağ»ın oyunlarında Almeyda ilə Miçel sanki elə bil o biri komandadan oynayır.

Yaxşı olar ki, məşqçilər oyunçularına bir çəki-düzən verələr, cəzalandıralar, bəlkə onda ağılları başlarına gələ.