adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Noyabr 2019 09:32
10093
GÜNDƏM
A- A+

BU TƏXRİBATDAN BAŞQA BİR ŞEY DEYİL

Sosial şəbəkələrdə çox böyük sürətlə bir video yayılıb. Guya ermənilər Bakıda dəniz qırağında maşında kef eləyə-eləyə erməni musiqisinə qulaq asır, qısası, bizlə məzələnirlər. Bu da gündəmi zəbt edib. Müzakirələr baş alıb gedir: DTX hara baxır, hökumət hara baxır, bunlar sərhədi necə keçiblər və sair və ilaxır, at gəldi örkən apardı, erməni də gəldi çarıq.

Əvvəla, ermənilərin Bakıya gəlib-getməsində qeyri-adi bir şey yoxdu. Birincisi, Bakıda 30 min erməni yaşayır, ikincisi də mənasız bir xalq diplomatiyası adı altında qonşularımız Bakını su yoluna döndərib.

Amma həmin video təxribatdan başqa bir şey deyil. Azərbaycanda böyük islahatlar gedir, həm içimizdəkilər, həm də xaricdəki qüvvələr bütün gücləri ilə bu islahatlara mane olmağa çalışırlar. Amma alınmaz.

Bu da islahatlara mane olmaq üçün edilən təxribatlardan biridi.

Elə bircə fakt bunun təxribat olduğunu sübut edir. Maşındakı «ermənilər» öz aralarında erməni ləhcəsi ilə azərbaycan dilində danışırlar. Bunlar öz aralarında niyə bizim dildə danışsınlar ki?

Dostlar, belə təxribatlara uymayın və buna kəskin mövqe ortaya qoyun. Ya da paylaşıb sadə xalqı çilədən çıxartmayın.