Qəza 9 kənddə qazın verilişində fasiləyə səbəb oldu
"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, Şamaxı rayonunda Cabanı-Əngəxaran avtomobil yolunun tikintisini icra edən təşkilata məxsus texnika ilə 160 mm diametrində polietilen "Çuxuryurd-Sabir” qaz xəttini yenidən zədələyiblər.
Xatırladaq ki, dünən anoloji hadisə 3-cü dəfə idi ki, təkrarlanırdı. Buna baxmayaraq "Azəriqaz” İstehsalat Birliyinin texnikası və işçi heyəti qəzanın fəsadlarının aradan qaldırılması üçün səfərbər olunmuşdu və noyabrın 3-də saat 20:00-da qazın verilişi bərpa olunmuşdu.
Bu gün səhər saatlarında isə "Çuxuryurd-Sabir” qaz xəttini yenidən eyni təşkilat zədələyib. Məlumat üçün bildirək ki, sözü gedən ərazidə qaz təchizatının dayandırılması Şamaxı rayonu üzrə 9 kənddə qazın verilişində fasiləyə səbəb olub.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16