adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
04 Noyabr 2019 12:52
9925
MƏMLƏKƏT
A- A+

Ədliyyə naziri Astara rayonunda vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən noyabrın 6-da Astara rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Astara rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Astara rayonu, Azərbaycan küçəsi 26b) keçiriləcək qəbulda Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula Lənkəran regional ədliyyə idarəsi (ünvan: Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15; əlaqə telefonu: (02525) 4-26-72, 4-07-88, (050) 326-99-94), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və[email protected] poçt ünvanı vasitəsilə, eləcə də Astara rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.