adalet.az header logo
  • Bakı 20°C
04 Noyabr 2019 12:49
29396
ELM VƏ TƏHSİL
A- A+

Evoğlu kənd tam orta məktəbinin 90 illik yubileyi qeyd edilib

Ağdam rayonu Evoğlu kənd tam orta məktəbinin fəaliyyətə başlamasından 90 il ötür. Rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri, ziyalılar, məktəbin müəllim və şagirdləri, o cümlədən kənd sakinlərinin iştirak ilə təhsil ocağında yubiley münasibətilə tədbir keçirilib.

Əvvəlcə məktəbin tarixindən, uğurlarından bəhs edən videoçarx nümayiş olunub. Məktəbin direktoru Ramil Mirzəyev çıxış edərək, fəaliyyəti müddətində təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan söhbət açıb. Direktor bildirib ki, 1928-1929-cu tədris ilindən fəaliyyət göstərən təhsil müəssisəsində hazırda 191 şagirdin təlim-tərbiyəsi ilə 38 müəllim məşğul olur.
R.Mirzəyev məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdıqlarını, şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılmasında əvəzsiz xidmət göstərdiklərini qeyd edib. Təmas xəttinə çox yaxın məsafədə yerləşməsinə baxmayaraq məktəbdə tədrisin keyfiyyətinin, şagirdlərin davamiyyətinin yüksək olduğunu vurğulayan direkror qeyd edib ki, məktəbin şagirdləri hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərirlər. Məktəbi bu il bitirən 9 məzundan 7-si ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib, onlardan 4-ü ali, 3-ü isə orta ixtisas müəssisələrinə qəbul olub. İmtahanda 640 bal toplayaraq ən yüksək nəticə göstərən Fidan Mirzəyeva Azərbaycan Tibb Universitetinin tələbəsidir.

Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov tədbirdə çıxış edərək məktəbin kollektivini 90 illik yubiley münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Tədbir bədii hissə ilə davam edib. Şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatı haqqında şeir, mahnı ifa edib, ədəbi-bədii kompozisiyalar göstəriblər.

Nicat Novruzoğlu

Məzun