adalet.az header logo
  • Bakı 17°C
04 Noyabr 2019 12:41
7314
GÜNDƏM
A- A+

Milli Məclisin deputatı Oqtay Gülalıyevə baş çəkdi - "Müalicəsi ciddi nəzarətdədir"

Milli Məclisin deputatı Aydın Mirzəzadə hüquq müdafiəçisi Oqtay Gülalıyevi xəstəxanada ziyarət edib.

Trend-in məlumatına görə, A.Mirzəzadə bildirib: "Respublika Neyrocərrahiyyə Xəsəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevə baş çəkdim.

İcazə alaraq reanimasiya şöbəsində onu gördüm, baş həkim, onu əməliyyat edən cərrah və reaminatoloqla onun vəziyyəti barədə söhbət etdim.

Vəziyyəti ağır stabildir, dərin komadadır, intensiv müalicəsi gedir. Lazimi dərmanlar vurulur, müalicəsi ciddi nəzarətdədir. Ailəsinə və yaxın dostların onu görməyə icazə verilir, vəziyyəti və müalicənin gedişi barədə məlumatlandırılır. Allah şəfa versin".

Xatırladaq ki, oktyabrın 29-da hüquq müdafiəçisi Oqtay Gülalıyevi yol keçərkən avtomobil vurub. O, 1 saylı Təcili Tibbi yardım mərkəzinə yerləşdirilib və müayinədən keçirilib.

Qəzanı 90-PZ-543 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb.