Adam lap suriyalı olmaq istəyir - Eminquey yazır

EMİNQUEY AKİF
52382 | 2019-11-05 09:15

İnternetdə bir sual-cavab çıxdı qarşıma. Busual-cavabı oxuyanda həm də bir müddət əvvəl Mirşahin Ağayevin suriyalılarlamüsahibəsi yadıma düşdü. O müsahibələrdə suriyalılar ölkələrindəki inqilabı vəbu inqilab həngaməsinin insanlara verdiyi zərərlərdən danışıb pisləyirdilər.Yəni peşman olublar ki, gərək dövlətə qarşı çıxmayaydıq, nə olsun, suya riyaqatanda. Budur, Suriya artıq dövlət adı olmaqdan çıxır və lap "xoxan” obrazınaçevrilir. Daha adamları xoxanla yox, Suriya ilə qorxudurlar. Bax ha, Suriyanıngününə düşərsən!

Hə, indi sizin də oxuyacağınız bu sual-cavab da suriyalıbir nəfərlədir. O, Türkiyədə yaşayır. Sözün ən ləzzətli mənasında yaşayır ha.


Sual: Nə üçün Türkiyəyə gəldiniz?

Suriyalı:Kəndimizə basqın etdilər, "Türkiyəyə gedin" dedilər.

Sual: Necə yaşayırsınız? Məvacibiniz nə qədərdir?

Suriyalı:Kirayə qaldığımız evin kirə pulu 1400 lirədir. Mən,anam, həyat yoldaşım, qardaşım, yəni hər birimizə 1250 lirə sosial yardımverilir. Bu edir 5000 lirə. Yeddi uşaq da var. İkisi burada doğuldu və Türkiyəvətəndaşı oldu. Dövlət iki uşağın hərəsinə 895 lirə verir. Cəmi 6265 lirə etdi.Yəni ailəmizin 11 min 265 lirə gəliri var.

Sual: Bəs xərciniz?

Suriyalı:Market kartımız var. Marketə pul vermirik. Telefonüçün ayda 5 lirə ödəyirəm.

Sual: Bu durumda pul yığa bilirsinizmi?

Suriyalı:Bəli, pul yığıb bir maşın almışam, onunla taksiçilikedirəm.

Sual: Nömrə, vergi, sürücülük vəsiqəsi yoxdurmu?

Suriyalı:Nəyimə lazımdı? Polis məni saxlamır, sürücülükvəsiqəsi lazım deyil, müvəqqəti nömrə isə pulsuzdur.

Sual: Müharibəbitən kimi vətəninə qayıdacaqsanmı?

Suriyalı: Qayıtmaram. Niyə qayıdım ki? Burada işlərim əlagedir. Daha yaxşısınımı tapacam?


Ey bəni Adəmlər, suriyalı qaçqın deyə yazığımız gələnadamların vəziyyətləri, həyat tərzləri, yaşayışları bizdən daha yaxşıdır. İndibelə bir həyat yaşayan adamlar çox güman ki, oturub-durub Suriyada baş verənhadisələrə şükür edir. Ki, Allah sizin köməyiniz olsun, buralara gəldik, güngördük, nəhayət adam olduğumuzu hiss elədik.

Adam lap suriyalı olmaq istəyir, özüm ölüm. Suriyalıolmaq nə gözəl şey imiş!

TƏQVİM / ARXİV