Gələn il Avropa Məhkəməsində azərbaycanlı girovlarla bağlı dinləmələr keçirilə bilər
Azərbaycan hökuməti bir neçə həftə öncə Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mövqeyini Avropa Məhkəməsinə təqdim edib.
Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.
Ç.Əsgərov vurğulayıb ki, bu məsələ ilə əlaqədar Azərbaycan dünyanın aparıcı hüquqşünasları ilə müqavilə bağlayıb.
Onun sözlərinə görə, bununla bağlı Avropa Məhkəməsinə çox müfəssəl mövqe təqdim olunub: "Bu prosesdə sonuncu mərhələdir. Bundan sonra Avropa Məhkəməsi artıq dinləmə tarixini müəyyən etməli və dinləmə keçirilməlidir. Çox güman ki, dinləmə gələn il baş tuta bilər".
Digər Xəbərlər
17 Aprel 2024 18:52
Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO
17 Aprel 2024 17:35Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Aleksey Juravlev
17 Aprel 2024 17:12Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
17 Aprel 2024 16:39Hərbi Hava Qüvvələri Naxçıvanda təlim keçirib - VİDEO
17 Aprel 2024 16:10