Zakir Qaralovdan Əli Nağıyevin yerinə yeni təyinat
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.
Bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Mürsəliyev Emin Ramiz oğlu təyinat alıb.
E.Mürsəliyev bundan əvvəl İdarənin Əməliyyat İdarəsinin rəisi işləyib.
Qeyd edək ki, bundan əvvəl bu vəzifəni qısa müddət Fuad Rəsulov yerinə yetirib.
Xatırladaq ki, uzun illər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində Əli Nağıyev çalışıb.
Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamı ilə Ə.Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.(oxu.az)
Digər Xəbərlər
29 Mart 2024 10:46
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA
29 Mart 2024 10:35Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
28 Mart 2024 21:26DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mart 2024 20:48Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTO
28 Mart 2024 20:39