adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Noyabr 2019 09:12
8999
MƏMLƏKƏT
A- A+

Metroda problem - Qatarlar 5 dəqiqə gecikdi

Bakıda metroda problem yaranıb.

Bu barədə Adalet.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə "Həzi Aslanov"-"İçərişəhər" xətti üzrə hərəkət edən qatarda baş verib: "Vaqonun qapısında qəfil problem yaranıb. Maşinişt problemi aradan qaldırıb və hərəkət davam edib. Nəticədə qatarların ümumi intervalında 5 dəqiqə gecikmə yaranıb".