adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
02 Noyabr 2019 13:22
9767
MƏMLƏKƏT
A- A+

DİN şadlıq sarayında bıçaqlanma ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) gecə Binə qəsəbəsindəki şadlıq saraylarından birində baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Adalet.az-a bildirilib ki, noyabrın 1-də saat 22 radələrində 3 nəfərin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla Binə qəsəbəsi ərazisində yerləşən şadlıq sarayında baş vermiş münaqişə zəminində Ceyhun adlı şəxsin onlara bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ordubad rayon sakini C.Məmmədov qısa müddətdə müəyyən edilərək 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.