adalet.az header logo
  • Bakı 11°C
02 Noyabr 2019 11:15
19268
SİYASƏT
A- A+

Türkmənistan parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Noyabrın əvvəlində Türkmənistan parlamenti nümayəndə heyətinin Bakıya işgüzar səfəri planlaşdırılır.

Trend-in məlumatına görə, səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovla görüş nəzərdə tutulub.

Nümayəndə heyəti həmçinin ASAN xidmətin fəaliyyəti ilə tanış olacaq.

Səfər çərçivəsində qanunvericilik sahəsində təcrübə mübadiləsinə, parlamentlərarası əməkdaşlığın inkişafına yönəlik tədbir və görüşlər keçiriləcək.