Əbülfət MƏDƏTOĞLU: QUŞ DİMDİYİNƏ BƏNZƏYƏN ƏLİN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
49490 | 2019-11-04 09:04

Öncədən deyimki, barəsində yazmaq istədiyim kitab və onun müəllifi mənimlə eyni dövrün vəeyni mühitin adamıdır. Yəni ədəbiyyat deyilən məkana, sözün ormanına çox kiçik,barmaq hesabı ay, gün fərqilə gəlmişik. Və gəldiyimiz o gündən üzü bəri bir istəyimiz,bir niyyətimiz olub: bacardığımızı, içimizdə olanı sözə verək, sözə söykənək,sözün qayğısını çəkib keşiyində duraq. Buna nə qədər nail olub-olmadığımızı təbiiki, daha çox söz xridarları və bir də bizdən sonrakı zaman deyəcəkdir. Ona görəbizdən sonrakı zamanı xüsusi vurğulayıram ki, bu gün Azərbaycan söz məkanınınbir qüsurlu tərəfi var; istər ədəbiyyatşünas tənqidçilər, istər oxucular müəlliflərin,onların yazdıqları əsərlərin "xətrinə” dəymirlər. Ədəbi tənqidən çox ədəbi tərifəüstünlük verirlər. Bu da adamların bir-birinə olan xoş münasibətinin, üzbəüz gələndəutanmamaq məramının göstəricisidir. Ona görə də ən real qiyməti həmin o gələcəkzaman verəcək. Və onda kimsənin inciməsi, küsməsi artıq heç bir rol oynamayacaq...

Bəli, Kəramətləbirgə başladığımız ədəbiyyat yolunun sağına, soluna, önünə, arxasına çox diqqətyetirmişəm, bu da səbəbsiz olmayıb. Təbii ki, səbəb də Kəramətin sözü, qələmiolubdu. Görmüşəm ki, Kəramət hansı ovqatda, hansı maddi durumda olmasındanasılı olmayaraq, sözə qarşı diqqətini, həssaslığını, sevgisini bir iynə ucuboyda da olsa azaltmayıb. Əksinə, yazdığı, oxuduğu, qarşılaşdığı hər təzə sözə,hər təzə fikrə qarşı ürəyi atlanıb. O sözün müəllifinin kim olmasından asılıolmayaraq, Kəramət hər doğulan yeni söz üçün sevinibdi. Ona görə də onun ruhuda, düşüncələri də, elə sevgisi də tər qalıbdı.Həmin o tər sevgidən doğulan və indi mənim yazı masamın üzərində olan"Xatirə muzeyi (Adam)” kitabını hardasa 10-15 gündür ki, gözdən keçirirəm. Özüdə tam səmimi etiraf edim ki, bu kitabı hələ oxuyub başa çıxmamışam. Elə imkandüşdükcə kitabı açıram və həmin səhifədəki şeiri oxuyub yenidənqatlayıram. Və görürəm ki, Kəramət mənim düşündüklərimi, mənim duyduqlarımı, mənimyaşantılarımı özünün şeirinə çevirib. Və yazıb ki:

Canım, "dərdədöz” demirəm,

Dözümdən yuxarıdurmusan.

Nə azardı sözləçıxmır,

Sözümdən yuxarıdurmusan.


Daşı da görən-duyanvar,

Hər ağızda bir dua var.

Hər izin əkiztayı var,

İzindən yuxarıdurmusan.


QarğıyacaqTanrım səni,

Söküm, yenəqurum səni.

Axı, kimə verimsəni,

Özündən yuxarı durmusan.


Şeirin altındayazılma tarixi göstərilib – 1980-ci il. Elə həmin o tarixin özü də mənim üçünbir işarədir – dənizdən görünən işarə kimi. Deməli, dostum Kəramətin saxlancıqiymətli yatırımlarla zəngindir. Bax, bu şeir kimi. O şeirin qatlarında hər kəsinözündən, sözündən, varlığından yüksəkdə dayanmasının təkcə tərənnümü yox, həm dətəqdimatı ifadə olunubdu. Ona görə də Kəramət öz qəhrəmanını bir kimsəyə verəbilmir. Axı həmin qəhrəman özü-özündənyuxarıdadı.



Kitabın daha birsəhifəsini açıram. Sərbəst vəzndə yazılmış bu şeir hardasa söylənən bir xatirənigöz önündə canlandırır. Çünki bu şeirin qəhrəmanı keçmişdə qalan bir adamdı.Keçmişdə qalanların hamısı olmasa da, müəyyən bir hissəsi bizim üçün xatirəyəçevrilib. Bax, elə bu adam kimi:

- Alo, alo

Cavab versənə

- Mənəm e, mənəm,

40 ilin otayından

Keçmişdən gələnadam.

- Sən Kə-ra-mət-sən,KƏRAMƏT

Səsinin nəfəsindəntanıram səni.

Susmağından belə...

Ömrümün elçidaşında oturub

səni gözləyirəm.

Harda qalmışdın,ay zalım

- Gəldim,canım-gözüm, gəldim!

İlk baxışdan buşeirdə fərqli nə olduğunu bəlkə də başqaları görməyə bilər. Amma mən bu şeiriiki dəfə oxudum. Və gözümün önünə gətirdim ki, Kəramət söz cığırı ilə gəldiyi40 ili çox ustalıqla, özünün etibarlı, sədaqətli oxucusuna mesaj edib. Seyrəkgörünməsini qeybə çəkilmək yox, xatırlanmaq üçün seçib. Və bu seçimdə də haqlıolubdu. Axı o, ilk sözüylə, nəfəsiylə 40 il əvvəlki Kəramət olduğunu dərhaloxucusunun yadına salıb, onu gözləyənləri sevindirib. Ona görə də həmin osevinci "gəldim, canım-gözüm, gəldim!” deməklə şərəfləndirib, bölüşüb,özününküləşdirib.

Oxuculara builin payızında, yəni hardasa bir ay olar ki, təqdim edilən "Xatirə muzeyi(Adam)” kitabı qəribə bir şeirlə açılırüzümüzə. Bu şeirin adı çox sadə və bəlli bir gerçəklikdir. Hər kəs bilir ki,qurumuş ağacları sulamazlar. Bu gerçəyi poetik müstəviyə gətirmək, şairin baxışbucağı altına salmaq istedad və qabiliyyət tələb edir. Allah da bu istedad vəqabiliyyəti Kəramətə verib. Ona görə də həmin qurumuş ağacın canındakı yanğını,onun rişələrindəki qanı görmək doğrudan da çox maraqlı bir tapıntıdır. Şairqardaşımın qəhrəmanının diliylə söylədiyibu məqamı sizin də diqqətinizə çatdırıram.

Açıldı sabah,

əlimdə balta

yeridi quruyanağaca sarı.

Elə yeriyirdiki,

axşama çatardıon addım yolu.

Gözündən yaş,

baltadan qandamcılayırdı –

balta qanağlayırdı.

Hə, zənnimcə,burda şərhə yer qalmır. Sadəcə duymaq, həmin ağacın taleyini öz taleyinətransfer etmək və ağaclaşan ömrün aqibətini düşünmək yetər. Bax, onda köməyəmütləq Kəramətin "Quş dimdiyi” şeiri gələcəkdi. Özü də qəfil, gözlənilməyən birməqamda:

Əllərin əldeyil, quş dimdiyidi

Çör-çöpdaşımışam, yuva qurmuşam.

Atılan gülləni,daşı "basdırıb”

dönmüşəm yanınaarvad-uşağın.

Düşünürəm ki,şeirin bu kiçik parçası artıq oxucuda şairin təqdim etdiyi fikirlə yanaşı,durumun özünə də dərhal yeni baxışı tutabilir. Çünki şair əllərini quş dimdiyinə bənzətməklə təkcə poetik fikri ifadəetmiş olmur. O həm də quş dimdiyi olan əlləriylə civildəşən quşcığazlara dən daşıdığını, dən qazandığını,dən topladığını və bunun üçün də tarana getdiyini söyləməkdən belə çəkinmir.Bax, bu artıq mənə görə poetik tablodu.

Başqa birşeirində Kəramət vurğulayır ki, onun heç harda yeri yoxdu. Amma bu "yeriolmamaq” şair sözüdü. Ona hamı inanmaya bilər. Mən isə inanıram. Çünki Kəramətbir şair olaraq öz sevgisini o qədər pak, həm də müqəddəs bir formada, biçimdəgörür ki... həmin görünən sevginin təbii ki, cılız məkanda, dar müstəvidə, lapelə bu Yer üzündə yerinin olmaması orijinal bir gerçəklik kimi qəbul edilməlidir.Necə ki, mən bunu belə də qəbul edirəm. Kəramət yazır ki:

Sənin Mən yerinvar, mənim Sən yerin,

Özümün özümdəndönən yerim yox.

Qulaqlarkardısa, laldı hər tərəf,

Qadası, mənim dədinən yerim yox.


Yüz səni Bircəyə,Birə dəyişdim

Ömrü girov qoyubSirrə dəyişdim.

Yerimi göylərdənYerə dəyişdim,

Daha Yerdən yerəenən yerim yox.


Ay Yerin uşağıhardan gəlirsən,

Bələkdən gəlirsən,gordan gəlirsən.

Əvvəl-axırbirdi, Birdən gəlirsən,

Diri bir, ölübir...

Ölən yerim yox.

Bəli, mən Kəramətinbir neçə şeiri barəsində yeni kitabını əlimdə əsas tutaraq oxucu fikirlərinisizinlə bölüşdüm. Amma elə bilirəm ki, bu hələ başlanğıcdı. Çünki Kəramətkitabında müxtəlif illərin şeirlərini toplamaqla oxucunu zaman körpüsündənsağa-sola keçirir. Bu körpü illəri bir-birinə bağlasa da, amma hərdən adamıdayanmağa, elə körpünün öz üstündəcə oturub düşünməyəcə məcbur edir. Çünkikitabın adı "Xatirə muzeyi (Adam)” olduğundan ordan, yəni o muzeydən bir səs gəlir:

O ev daha ev deyildi,

Xatirə muzeyidi.

Muzey bələdçisi– Kişi

Yaşanan ömrün səsiydi.

Səsini unudubgetmişdi Qadın.

Bir də ki, kölgəsiniunutmuşdu zalımcasına.

Kölgəparam-parça

Qadın səsiayağıyalın, payi-piyada,

- Mənim yerimdə

başqa qadınlayatma,

E-Şİ-DİR-SƏN-Mİ?

(Bu səsi eşitməməkolar, zalımın qızı).

İndi siz dəeşidin Kəramətin "Xatirə muzeyi (Adam)”-dan dünyanın qapısını döyən səsini.Görün eşitməyə biləcəksinizmi?


TƏQVİM / ARXİV