adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Noyabr 2019 10:18
17681
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: HƏLƏLİK

Ovuduram özümü -
hələlik...
sınayıram dözümü -
hələlik...

dırnağım torpaq cırır
yumruğum yarpaqü qırır...
dərd mənə tor , bax qurur -
hələlik...

yaş deyəsən güc gəlir
göz yaşlarım güclənir...
sözüm tək - tək cücərir -
hələlik...

bir ağ yolu aşıram
bir dağ yolu aşıram.
guya sağollaşıram -
hələlik!