Türkiyədə xidməti avtobus qəzaya uğradı
Ankarada xidməti avtobus qəzaya uğrayıb. Adalet.az-ın məlumatına görə, hadisə nəticəsində 30 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Sərnişinlər Türkiyə vətəndaşlarıdır.