adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Noyabr 2019 16:53
40081
DÜNYA
A- A+

Trampı güllələsələr Melaniya ağlamayacaq

Qalmaqallı aşıqlamalarıyla daim medianın gündəminə gələn ABŞ prezidenti Donald Tramp növbəti dəfə öz arvadının bostanına daş atıb. Adalet.az xarici KİV-lərə istnadən bildirir ki, bu barədə o, Respublikaçılar Partiyasının düzənlədiyi bir tədbirdə çıxış edərkən danışıb. 2017-ci ildə beysbol meydançasında güllə yarası almış konqresmen Stiv Skalisə xəstəxanada baş çəkməsindən söz açan prezident deyib: "Mən orda Stivin xanımının hönkür-hönkür ağladığını gördüm. İnanmıram ki, əksər qadınlar öz ərindən ötrü bu cür ağlayardı. Bizim ki, heç ağlamazdı.”

Xatırladaq ki, prezident olmamışdan əvvəl şou əhli və parnoulduzlarla çılğın günlər keçirən Trampın öz arvadıyla münasibətlərinin heç də ürəkaçan olmaması barədə xəbərlər tez-tez mətbuatın gündəminə gəlir. Onların birgə qatıldıqları tədbirlərdə bunun əlamətlərini görmək üçünsə dərin müşahidə qabiliyyətinə malik olmağa ehtiyac yoxdur.