Faiq QİSMƏTOĞLU: YERİN GÖRÜNÜR...

FAİQ QİSMƏTOĞLU
51600 | 2019-11-01 12:34

... Elə adamlarvar ki, dünyalarını dəyişsələr də, uzun müddət elin, obanın və dostlarınınyadından çıxmırlar. O adamlar heç də elə-belə insanlar deyilər və o adamlarsağlıqlarında o qədər əməli-saleh, yaxşı işlər görüblər ki, insanların qəlblərindəözlərinə silinməz əbədi iz qoyublar. Və o adamlar bir tikə çörəklərini, bir stəkançaylarını tək yeməyib, tək də içməyiblər. Elə ona görə də o adamlar əbədiyyətəqovuşsalar da, hər an, hər dəqiqə xatırlanıb, yada salınıb...

Yazıçı-publisist,gözəl insan, yaxın dostumuz Surxay Əlibəyli də belə ziyalılardan idi. Ziyalısözünü ona görə işlədirəm ki, o, yaşadığı 70 ilə yaxın bir zaman kəsiyində həmişəişıqlı və nurlu böyük Azərbaycan ziyalılarının əhatəsində olub. Və o mühit dəzaman-zaman Surxayın bir ziyalı, bir işıqlı insan kimi yetişməsinə, cəmiyyətdənüfuz qazanmasına təkan verib. Və təsadüfi deyil ki, Surxay xalq hərəkatındantutmuş ömrünün son anına qədər elə bu mühitin, bu durumun içində olub...

... Onun nə qədərböyük insan və nə qədər böyük ziyalı olmağını bir dəfə yoldaşlıq eləməklə, birdəfə duz-çörək kəsməklə, bir dəfə yüz-yüz "vurmaqla” bilmək olurdu. Mən onunlayüz-yüz "vurmamışam”, amma mən onunla yoldaşlıq eləmişəm, çörək kəsmişəm, xeyrə-şərəgetmişəm. İstededlı müğənni Məhəbət Kazımov rəhmətə gedəndə heç dincəlmirdi.Dedi ki, Məhəbbət biz tərəfdə yaşayır, həm də qonşumuzdu, gəl gedək onun yas məclisinə.Metronun "Memar Əcəmi” stansiyasının yaxınlığında görüşdük və böyük sənətkarınyas məclisində iştirak elədik. Elə mənim özümün də Məhəbbət Kazımovlatanışlığım vardı. Hətta bir dəfə ondan müsahibə alıb qəzetimizdə çap eləmişdik.Sonra rəhmətlik mənə zəng çaldı, gedib onunla bir tikə çörək kəsdik. Yas məclisindəadam əlindən tərpənmək mümkün deyildi. Surxay da dedi ki, bax, ən böyükvar-dövlət xalqın məhəbbətidir. Və xalq da öz sonuncu məhəbbətini və sədaqətiniböyük sənətkara göstərdi. Çünki o məclisdə iynə atsan adam əlindən yerə düşməzdi.

Surxay ƏlibəyliAzərbaycanın çox böyük ziyalıları ilə dostluq eləyib, duz-çörək kəsib. Böyük ƏbülfəzElçibəylə çox isti münasibəti vardı. Ancaq o, bir dəfə də olsun şəxsi işinə görə,bəydən xahiş eləmədi. İstəsəydi xahiş eləyərdi, özünə bir gün ağlayardı, vəzifətutardı. Və nə qədər də varı, dövləti, evi-eşiyi olardı. Bəy də bilirdi ki,Surxay təmiz adamdı, dünya malında gözü yoxdu, ona görə də onunla dostluq eləyərdi.Və təbii ki, saf və təmiz insanlar bir-birilə çörək kəsəndə, dostluq eləyəndəheç bir təmənna güdmürlər. Və Surxayın da dostluğu bəylə belə təmənnasızlıq üzərindəqurulmuşdu...


... Onunla dəfələrləyol-yoldaşı olmuşuq, çörək kəsmişik. Amma həmişə də Surxayın gözü toxluğunun və səmimiyyətinin şahidi olmuşam. Şahidi olmuşamki, Surxay bir tikə çörəyi üç-dörd yerə bölüb... Şahidi olmuşam ki, bu böyükziyalı təpədən-dərnağa səmimi adamdı... Şahidi olmuşam ki, o, heç kəsinarxasınca, dalınca danışıb qeybət eləməyib. Əksinə, kimsə başqası haqqında qeybəteləyəndə "ağzından” vurub. Çünki Surxay Əlibəyli göründüyü kimi olan, olduğukimi də görünən böyük ziyalı, böyük yazıçı, böyük jurnalist idi.

... O, hansıjanrda desən yazı qələmə almağı bacaran bir istedad sahibi idi. Ağdamla bağlısayı-hesabı bilinməyən publisist yazılar, oçerklər qələmə alıb və neçə-neçə dəkitabı araya-ərsəyə gətirib. Heç çox vaxt yazdığı kitabların qonorarı da onudüşündürməyib. Onu düşündürən o olub ki, tanıdığı böyük ziyalılar, böyük el sənətkarlarıbarəsində yazılar qələmə alsın...

... Surxay həddindənartıq yumorlu, duzlu-məzəli və həm də zarafatcıl insan idi. Bu da onun içdünyasından gəlirdi. Surxayla lap dünyanın o başına getsən, darıxmazdın; o qədərlətifələr, yumorlar və olmuş əhvalatlar danışardı ki, uğunub özündən gedərdin.Surxay hara getsə, harda olsa heç vaxt Ağdamı, doğma kəndini, elini-obasınıyaddan çıxarmırdı. Hər hansı məclisdə, toyda belə iki daşın arasında ağdamlıgünlərini xatırlayardı və bir anlıq sözüylə, söhbətiylə o günlərə dönərdi,sonra da gözləri dolardı. Qədir Rüstəmov ən çox sevdiyi xanəndələrdən idi.Deyirdi Qədiri dinləyəndə Ağdama gedirəm, küçələri, parkları, xiyabanları, həttahər döngəni belə görüb gəlirəm. Bu istedadlı adam həm də böyük ürək sahibi idi.Paxıllıq, xəbislik nə olduğunu bilməzdi. Dostluq və yoldaşlıq elədiyi adama ürəyiniçıxarıb verərdi, heç "uf” da deməzdi. Bunu tək mən demirəm ha! Bunu Surxay Əlibəylinitanıyan bütün dostları, yoldaşları və çörək kəsdiyi adamların hamısı deyir...

... O, kəsdiyiduz-çörəyə, verdiyi haqq-salama çox sadiq adamıydı. Xüsusən də böyük yazıçı vəmillət vəkili Aqil Abbasla uzun müddət dostluq eləyirdilər. Aqil müəllim həradamın xətrini Surxay qədər istəmirdi. Çünki kişilər tonlarla çörək kəsmişdilər.Bir dəfə də Aqil Abbas belində yırtıq olduğuna görə, Neyrocərrahiyyə xəstəxanasındayatırdı. Bəzən elə olurdu ki, səhərə qədər ağrıdan gözünü yuma bilmirdi. O adamyoxuydu ki, Aqil Abbasa baş çəkməsin. Surxay dedi ki, sənin dərdinin dərmanıxaşla tut arağıdı. Səhər-səhər gətirəcəm xaşı yeyərsən, arağı da içərsən, bax,ağrın onda kəsiləcək. O xaşı yeyəndən, o tut arağını içəndən sonra Aqil müəlliminağrısı azalırdı. Amma həkimlər demişdi ki, sənə içmək olmaz. Surxay da əliniyelləyib dedi ki, həkimlər özü üçün deyir...

... Noyabrın 5-dəböyük yazıçı-jurnalist Surxay Əlibəylinin dünyasını dəyişməsinin bir ili tamamolir. Sizi inandırım ki, bu bir ildə o, hər gün olmasa da, hər həftə, hər ayonu tanıyanlar tərəfindən xatırlanıb, yad edilib. Hətta ad günündə əksərdostları Surxayın həmişə çörək yediyi yeməkxanaya yığışıb onu yada salıb,xatırlayıblar və məzarını ziyarət ediblər. Surxay özü də bir vaxtlar itirdiyidostlarını tez-tez xatırlayırdı. Və xatırlayanda da gözləri dolardı. Çünki onunürəyi, qəlbi çox yumuşaq idi.

... Bir ildiaramızda olmasa da, amma hər məclisdə, hər yedə onun yeri görünür. Və bəzən mənelə bilirəm ki, Surxay gəlib yanımızda əyləşəcək və öz duzlu, şirin söhbətləriləqəlbimizə yol tapacaqdı. Dəfələrlə yuxuma da girib. Və yuxuma girəndə də heçvaxt ziyan tapmamışam, əksinə, xeyir tapmışam. Gedib ona "Yasin” oxutdurmuşam.Bundan sonra ürəyim bir qədər sakitləşib. Düşünürəm ki, yaxşı insanlar, hamıüçün doğma olan adamlar vallah, heç vaxt, heç zaman ölmürlər. Vay onda ki, sağolasan, nə toyda yada düşəsən, nə də yasda...

Surxay Əlibəylininən çox sevdiyi şairlərdən biri Ramiz Rövşən idi. O, Ramiz Rövşənin şeirlərini əzbərbilirdi. Və məclislərdə də əzbər bildiyi o şeirlərdən deyərdi, dostlarınısevindirərdi. Mən onun əzbər dediyi "Bütün dostlar sağ ola kaş” şeirilə yazımıbitirmək istəyirəm:

Mən öləndəağlamağa

Bütün dostlarsağ ola kaş.

Gözlərimibağlamağa

Neçə cüt barmaqola kaş.

Boynunu bükübqapıda,

Bir qız göz yaşıaxıda...

Üç balam şirinyuxuda,

Qadınım oyaq olakaş.

Güc tapsam evtikməyə,

Qapımda ağac əkməyə,

Kəfən yox, mənibükməyə

Bir yaşıl yarpaqola kaş...


TƏQVİM / ARXİV