adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Başımıza hörülən corab başımıza keçirilən çuvaldan böyükdür - Yılmaz Özdil yazır

31604 | 2019-11-02 09:21

Kirk Kerkorian.

Erməni idi.

Köçdən çox-çox əvvəl, 1800-cü illərin sonundaMaraşdan ABŞ-a köç etmiş bir ailənin övladı idi.

1917-ci ildə Kaliforniyada doğuldu.

Hələ uşaq ikən məktəbdən uzaqlaşdı, girib çıxmadığıiş qalmadı, boksçu oldu, nəzarətçi oldu, pilot oldu, ikinci əl kiçiktəyyarələri alıb satmağa başladı, pul yığdı, Los Angelesdən Las Veqasa uçuşlarhəyata keçirən aviareys şirkəti qurdu, ərazi alıb satmağa başladı, Las Veqasdaqumarxana otelləri inşa etdirdi, Las Veqasdakı yataq tutumunun yarısına, qumaraparatlarının 40 faizinə sahib oldu, Ford General Motorsun şəriki oldu,Hollivuda girdi, Metro Goldwyn Mayer film studiyasını aldı, 16 milyard dollarsərvətə sahib oldu, dünyanın ən varlı 41-ci insanı oldu, Time jurnalıtərəfindən ABŞ-ın ən vacib 10 xeyirxahından biri elan olundu.

İki qızı var idi, Linda və Tracy.

Qızlarının adını birləşdirdi, "Lincy” vəqf qurdu.

Ermənistana 1 milyard dollardan çox pul bağışladı,bircə qəpik də əvəz güdmədən şose qurdurdu, zəlzələdə evini itirən yoxsullarüçün 3000-dən çox mənzil verdi, məktəblər, xəstəxanalar tikdirdi.

Bir şərti var idi, "heç birinə adımı verməyin”deyirdi, inanılmaz sərvətinə rəğmən mütəvazi bir insan olaraq qalmağı seçdi.

Ermənistanınmilli qəhrəmanı oldu. Ermənistan prezidenti ona ölkənin ən böyük mükafatı olan "Yurd”medalını verdi.

Gümrü şəhərinin fəxri həmyerlisi oldu.

Erməni diasporasının milyarddollarlarla ifadə edilən sərmayəsini Vatikan bankı İOR-ə köçürtdü, bununqarşılığında Papanın 1915-ci il hadisələrini "soyqırım” olaraq tanımasını təminetdi.

Lobbi qurdu.

ABŞ əyalətlərinin tək-tək sözdə soyqırımıtanımasını təmin etdi.

Los Angeles Universitetinə 20 milyondollar pul bağışladı. Erməni tarixi adı altında "soyqırım” kafedrasınınqurulmasını təmin etdi.

Bu kafedranın Cənubi Kaliforniya Universitetindəqurulan və Steven Spilberq tərəfindən dəstəklənən Yəhudi soyqırımı institute kimifəaliyyət göstərməsini təmin etdi.

Hollivudda ilk dəfə "soyıqırım” filmiçəkilməsini təmin etdi.

100 milyon dollarlıq büdcəsini şəxsənözü təmin etdi.

(The Promise adlı film romantik səhnələrlədolu bir sevgi hekayəsi ətrafında soyqırım propaqandasıdır.

Biz Türklərin uşaq, qadın demədən bütünerməniləri öldürdüyümüzdən, soylarını qurutmağa çalışdığımızdan bəhs edir.)

Türk nifrətiylə dolu olan bu böhtanfilmi 2017-də nümayiş etdirildi. Los Angelesdəki qala gecəsinə George Clooney,Sylvester Stallone, Cher, Kim Kardashian kimi məşhurlar da gəldi.

Baş rol ifaçısı Christian Bale bu qaladaaçıqlama verdi və "erməni soyqırımı o tarixdən bu yana bütün soyqırımları kölgədəqoydu” dedi.

İspaniya, Portuqaliya və Maltada çəkilən "ThePromise” filmi ABŞ-la bərabər Avropadan Avstraliyaya, Kanadadan Misirə,Taylanddan İrana, Türkiyə xaric, bütün dünyada göstərildi.

Kirk Kerkoriansa bu filmə baxa bilmədi.

Film çəkildiyi vaxtlarda öldü.

Amma…

Məqsədinə çatmış oldu.

Pulunu, dostlarını, maddi-mənəvibütün imkanlarını səfərbər edərək Vaşinqtonda, xüsusilə son 10 ildə yarananTürkiyə əleyhdarları mühitini dəyərləndirərək sözdə soyqırımla bağlı filmçəkməyi qəbul etməyən Hollivudu razı saldı.

Cəhənnəm qapısını araladı.

Hollivud demək, Amerika dövlətininrəsmi xarici siyasəti deməkdir, 1942-ci ildən bəri Pentaqonda Hollivudun əlaqəbürosu var.

Dolayısıyla…

Hörmətli iqtidarımız "vız gəlir,tırıs gedir” filan deyir, amma ABŞ milli məclisinin aldığı soyqırım qərarıbundan əvvəl alınan qərarlara bənzəmir, hamısının xəbəri olsun.



Dilimizə uyğunlaşdıran Eminquey

TƏQVİM / ARXİV