adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Noyabr 2019 12:08
16913
GÜNDƏM
A- A+

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib

İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyəti bərpa edilib.

Bu barədə səfirlikdən məlumat verilib.

Bildirilibki, İsrailin dünyadakı digər səfirlikləri kimi, Azərbaycandakı səfirliyi də bu gündən fəaliyyətini bərpa edib.

Xatırladaq ki, İsrailin Azərbaycandakı səfirliyi də daxil olmaqla, dünyadakı digər səfirlikləri bir neçə gün əvvəl tətil elan ediblər. Belə ki, bu ilin 21 iyulunda İsrail Maliyyə Nazirliyinin Baş direktoru tərəfindənimzalanan və on illiklərdir ki, mövcud olanprotokolu dəyişdirən birtərəfli prosedurun tətbiq edilməsisəbəbindən səfirliklərmüvəqqəti bağlanılıb.Hazırda İsrailin dünyanın 69 ölkəsində səfirliyi, 23 konsulluğu və beş xüsusi nümayəndəliyi var.İsrail hökuməti Xarici İşlər Nazirliyinin büdcəsini azaldaraq onlar üçün ildə təxminən 367 milyon dollar ayrılması barədə qərar qəbul edib.