adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Noyabr 2019 11:14
11192
GÜNDƏM
A- A+

Vasif Talıbov: “Naxçıvanda ana və uşaq ölümlərinin qarşısı alınıb”

"Səhiyyənin inkişafı müasir infrastruktur təminatı və kadr hazırlığından başlanır. Ötən əsrin 90-cı illərinin acı nəticələri muxtar respublikanın səhiyyə sistemində də çətinliklərin yaranmasına səbəb olub"

Bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı keçirdiyi müşavirədə deyib.

Ali Məclisin sədri bildirib ki, ötən dövrdə muxtar respublikada səhiyyə müəssisələrinin yenidən qurulması, müasir tibbi avadanlıqların alınması və kadr hazırlığı sahəsində görülən işlər öz nəticəsini verib:

"Artıq muxtar respublikada infeksion xəstəliklərin, eləcə də ana və uşaq ölümlərinin qarşısı alınıb. Səhiyyənin inkişafı sahəsində görülən işlər muxtar respublikada icbari tibbi sığortanın uğurla tətbiq olunmasına imkan verir".