adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Noyabr 2019 10:10
15842
MƏMLƏKƏT
A- A+

Yeni televiziya və radio açmaq istəyənlər varmı? - Milli Teradio Şurası CAVAB VERDİ

"Son 6 ayda yeni televiziya, radio kanalın açılması üçün Milli Televiziya və Radio Şurasına (MTRŞ) heç bir müraciət daxil olmayıb”.

Bu barədə ŞuradanModern.az-ın sorğusuna cavab olaraq bildirilib. Məlumata əsasən, son müraciətlər Şuranın ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqədə qeydə alınıb:

"Sözügedən müsabiqə Bakı və Abşеrоn ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tеzlik rеsursuna 11 mart 2019-cu il tarixdən11 aprel 2019-cu il tarixədək keçirilib. Müsabiqə zamanı 3 şirkətdən- "Real Təhlil İnformasiya Mərkəzi” MMC, "TV Media Azərbaycan”MMC və "RTV”MMCmüraciət daxil olub.

Məlum olduğu kimi, Şuranın 23 aprel 2019-cu il iclasının qərarı ilədigər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına,maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Real Təhlil İnformasiya Mərkəzi” MMC (REAL TV) bu müsabiqədə qalib elan olunub”.