adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
01 Noyabr 2019 09:51
17567
HADİSƏ
A- A+

Səhiyyə Nazirliyi: Yeni Ramana yolundakı qəzada 9 nəfər xəsarət alıb

Ötən gün Yeni Ramana yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə 9 nəfər gətirilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, yaralılara lazımi tibbi yardım göstərilib:

"Səhər saat 09:00 üçün xəstəxanadan verilən məlumata görə, lazımı tibbi yardım göstərildikdən sonra bütün xəstələr ambulator müalicəyə buraxılıblar".