adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Noyabr 2019 09:12
32728
MƏMLƏKƏT
A- A+

NADİR ABBASOV, SADIQ MURTUZAYEV VƏ ŞƏMSƏDDİN XANBABAYEV

Xaçmazın 81 yaşlı icra başçısı Şəmsəddin Xanbabayev Möhtərəm Prezidentin apardığı islahatlarla bağlı yaşına görə istefa verib.

Amma bir məsələni yazmaya bilmərəm. Ağdamın şəhər olmasında rəhmətlik Nadir Abbasovun və (Allah ömrünü uzatsın) Sadıq Murtuzayevin xidmətini heç bir ağdamlı unuda bilməz. Bu iki şəxs Ağdamı ölkənin ən gözəl şəhərlərindən birinə çevirmişdi.

Şəmsəddin Xanbabayev Xaçmazda bu iki şəxsin gördüyü işi tək görmüşdü. Və Xaçmazı bir kənddən respublikanın ən gözəl şəhərlərindən birinə çevirmişdi.

Ağdamlılar necə həmişə xoş olaraq Nadir Abbasovu və Sadıq Murtuzayevi yad edirlərsə, yəqin ki, xaçmazlılar da Şəmsəddin Xanbabayevi eləcə yad edəcəklər. Necə deyərlər, Şəmsəddin Xanbabayev yüz cavana dəyər.

Bu gündən belə kim Xaçmaza icra başçısı gələcəksə, kef edəcək. Çünki görüləsi işlər görülüb, tikiləsi binalar tikilib, iqtisadiyyat da yüksək səviyyədə.

Var olun, Şəmsəddin müəllim. Mən xaçmazlı olmasam da, həmişə sizinlə fəxr etmişəm.