adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Oktyabr 2019 17:31
31311
DÜNYA
A- A+

Ərdoğan: Azərbaycanla birgə enerji layihələri regionda sabitliyə yönəlib

Azərbaycanla birgə enerji layihələri regionda sabitliyə yönəlib.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri Georgi Qaxariya ilə birgə mətbuat konfransında deyib.

R.T.Ərdoğan bildirib ki, Trans-Anadolu qaz kəməri (TANAP), Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi layihələr regionda ən vacib enerji layihələrindəndir.

O, əlavə edib ki, vacib layihələrdən biri həm də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir.