adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Noyabr 2019 17:05
14415
GÜNDƏM
A- A+

Türkiyə qaçdıqca qovurlar

Ermənilər uzun illərdi tarixdə heç zaman olmayan uydurma "soyqırımı"nı dünyanın gündəliyinə gətirərək, ondan siyasi məqsədlər üçün istifadə edirlər. İndiyədək bir sıra ölkələrin parlamentlərində deputatlar əl qaldırıb-endirməklə sözdə "soyqırımı"nın guya, 1915-ci ildə törədildiyi barədə sənədlər qəbul ediblər.

Erməni lobbisi və diasporunun məkrli siyasətinə uyan bir çox ölkələrin parlamentləri "erməni soyqırımı" ilə bağı müxtəlif sənədlər qəbul edib, bu əsassız iddiaları tanıyıblar.


15 aprel 2015-ci il tarixində Avropa Parlamenti də belə bir xain qərar qəbul etmişdi.

Bu üzdəniraq iddianı dəstəkləyən ölkələrin sayı 20-ni keçib.

İsveç parlamenti- 12 mart 2010-cu ildəki səsvermə ilə 1915-ci hadisələrini "soyqırımı" olaraq tanıyıb. Avropa Birliyinə ayaq uydurmaq üçün kürdcə kurlar açıldı, kürdcə təhsil və yayıma icazə verildi, ilk kürdcə şeir kitabı çap edildi. Bu şeir kitabını yazan Aponun vəkili idi.

Uruquay- 1965, 2004, 2005-ci illər olmaq üzrə üç dəfə "erməni soyqırımı" iddialarını qəbul etdi.

Yunan Kipri- 1982-ci ildə "soyqırımı" iddialarını qəbul etdi.

Amerika Birləşmiş Ştatları- ABŞ-ın 40-dan çox ştatında "erməni soyqırımı"nın olduğu qəbul edilib. Əsasız "soyqırımı" tanıyan ştatlar: Alyaska, Arizona, Arkansas, Kaliforniya, Kolorado, Kentukki, Konnektikut, Delaver, Florida, Corciya, Cənub Karolina, Aydaho, İllinoys, Kanzas, Şimal Dakota, Şimal Karolina, Luiziana, Men, Merilend, Massaçusetts, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nevada, Nyu Hempşir, Nyu Cersi, Nyu Mexiko, Nyu York, Ohayo, Oklahoma, Oreqon, Pensilvanya, Rod Aylend, Tennessi, Yuta, Vaşinqton, Vermont, Virciniya, Viskonsin...

Argentina- "erməni soyqırımı"nı tanıma qanunu 1985-ci ildə qəbul edildi.

Rusiya- əvvəl 1995-ci ilə, sonra da 2005-ci ildə "soyqırımı"na d air sənəd qəbul etdi.

Kanada- 1996, 2000 və 2004-cü illərdə qondarma sənəd gündəmə çıxarılıb və hər üçündə də qəbul edildi.

Yunanıstan- 1996-cı ildə "soyqırımı" tanıdı.

Livan- Livanda yaşayan erməni lobbisinin gərgin səyləri nəticəsində 1997-ci ildə və 2000-ci ildə "soyqırımı" tanınıb.

Belçika- 1998-ci ildə qondarma erməni soyqırımını tanıdı.

İtaliya- 2000-ci ildə ermənilərin "soyqırımı"na uğradığını qəbul etdi.

Vatikan- İtaliya ilə eyni ildə, 2000-ci ildə əsassız iddianı tanıdı.

Fransa- 1998-ci ildə "erməni soyqırımı"nı tanıyıb. Fransada sözdə "erməni soyqırımı"nı rədd etmək cinayət sayılır. Eyni gündə Orxan Pamuka "Nobel” mükafatı verildi. Tarixdə ilk dəfə rəsmi olaraq Kürdistan xəritəsi ortaya çıxdı. Romadakı NATO müdafiə kollecində brifinq verən amerikalı polkovnik Orta Şərqin xərtiəsini açdı, Türkiyənin yarısına Kürdistan yazılmışdı.

İsveçrə- "Soyqırımı" iddialarını 2003-cü ildə qəbul etdi.

Slovakiya- 2004-cü ildə "erməni soyqırımı"nı tanıdı.

Hollandiya- 2004-cü ildə erməni iddialarını qəbul edib. Avropa parlamenti erməni konqresinə ev sahibliyi etdi, Leyla Zanaya "Saxarov” mükafatı verildi. CNN türkdə ilk dəfə kürdcə mahnı klipi yayımlandı.

Polşa- 2005-ci ildə qəbul etdi.

Almaniya- 2005-ci ildə qəbul etdi.

Venesuela- 2005-ci ildə qəbul etdi.

Litva- 2005-ci ildə qəbul edib.

Çili- 2007-ci ildə qəbul edib.

Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya- 1915-ci il hadisələrini "soyqırımı" olaraq qəbul etdilər.

Almaniya- 2016-cı il iyunun 2-də saxta iddianı "soyqırımı olaraq tanıdı.

Və nəhayət...

2018 oktyabr...

İsrail parlamenti 1915 hadisələrini soyqırım olaraq tanımaq üçün məclisin gündəminə saldı. Pentaqonun 2019 büdcəsinə Suriyada PYD/PKK-ya 65 minlik ordu yaradılması üçün ekstra qaynaq təmin edildi.

2019 oktyabr…

ABŞ prezidenti şəxsən özü etiraf etdi. "PKK-nı dəstəkləyirik, silah veririk, bizimlə birlikdə torpaqları üçün savaşırlar” dedi. Terrorist "general” elan edildi. Dünən gecə… təqvimdə başqa gün yoxmuş kimi tam 29 oktyabrda Cümhuriyyət bayramında ABŞ təmsilçilər məclisində Türkiyəyə yönəlmiş ekonomik sanksiyalar qanunu qəbul edildi. Eyni dəqiqələrdə eyni ABŞ təmsilçilər məclisində "soyqırım” sözdə tanındı.




Məlumatlar Yılmaz Özdilin məqaləsindən götürülüb