Türkiyə – Rusiya münasibətləri - Mehman Cavadoğlu yazır

MEHMAN CAVADOĞLU
68991 | 2019-11-04 09:00

Türkiyə Rusiyadan Su-35döyüş təyyarələri almağa hazırlaşır. Bu barədə ABŞ-da nəşr olunan və daha çoxmüdafiə və hərbi-texnoloji məsələlərdən yazan "Defense News” jurnalı məlumat verib.Məlumat yüksək səlahiyyət sahibi olanbir türk yetkiliyə istinadən yayılsa da onun adı açıqlanmayıb. Anonim mənbədeyib ki, sözü gedən təyyarələrin alınması istiqamətində intensiv danışıqlar aparılırvə yaxın günlərdə siddi bir anlaşmanın əldə ediləcəyi gözlənilir.

Jurnalın yazdığına görəsöhbət 48 ədəd Su-35 qırıcısından gedir ki, bunun da hər birinin qiymətitəxminən 50-70 milyon arasındadır.

Əgər yazılanlarhəqiqətdirsə onda bu, iki ölkə arasında S-400 hava hücumundan müdafiəsistemləri ilə bağlı baş tutmuş sövdələşmədən sonra ikinci böyük anlaşma olacaq.Türkiyə bu il Rusiyadan 2,5 milyarddollara iki S-400 sistemi alıb ki, bu da olduqca güzəştli qiymət hesab olunur.Odur ki, bəzi müşahidəçilər danışıqların son mərhələsində Su-35-lərin də qiymətindəxeyli güzəştlər olunacağını istisna etmirlər.

S-400-lərin alınmasının Qərb,xüsusilə ABŞ müttəfiqlərinin sərt təpkisi ilə üzləşməsini nəzərə alsaq, həminmüttəfiqlərin ikinci belə hərbi sövdələşməyə necə reaksiya verəcəklərini təxmineləmək çətin deyil.

"Defense News”dakı yazınınardınca Rusiya-Türkiyə münasibətlərindəki istiləşmənin gün-gündən yüksələn xəttüzrə getməsiylə ilgili başqa bir məlumat da yayıldı – bu dəfə artıq anonimmənbələrə istinadən yox, çox yüksək səviyyəli rəsmi şəxsin dilindən. Rusiyanınxarici işlər naziri Sergey Lavrov öz bolqar həmkarı Yekaterina Zaxariyeva iləbirgə keçirdiyi mətbuat konfransında ona ünvanlanan bir sualın cavabında bildiribki, Türkiyə ilə Suriya lazım bilsələr Moskva Adana razılaşmasında bəzidəyişikliklər edilməsinə yardımçı ola bilər. Lavrov daha sonra sözünə davamedərək deyib: "Təbii ki, Türkiyə ilə Suriya arasında bir dialoqun qurulması çoxvacibdir. Biz də bu məsələyə lazım olan dəstəyi göstərməyə hazırıq. Anqara vəDəməşq Adana razılaşmasında hər hansı dəyişiklər etməyi istəsələr biz də bunuqəbul edər və dəstəkləyərik”.

Xatırladaq ki. iki ölkəarasında 1998- ci ildə imzalanmış Adana razılaşmasıtərəflərin terrorla mübarizədə əməkdaşlığından bəhs edir. Bu razılaşmanın ənmühüm cəhətlərindən biri odur ki, sənəddə terror təhlükəsi zamanı TürkiyəninSuriya sərhədlərinə doğru 5 km. girməsi bəndi də öz əksini tapıb. Sonanlaşmalardan sonra Türkiyə artıq sərhəddin 30 km. dərinliyinə doğru girməkimkanı qazansa da, hələ Suriya böhranının başlamasından çox-çox əvvəl belə birsənədin imzalanması terrorla birgə mübarizənin hər iki dövlətin maraqdairəsində olduğunun bariz nümunəsidir. Odur ki, Bəşər Əsəd reallıqlabarışmalı, Suriyadakı hadisələrin ilk mərhələsində Türkiyənin sərgilədiyimövqeydən dolayı içinə yığılmış kini boğaraq Türkiyə ilə iş birliyinə dodaqbüzməməlidir.

Ötən yüzilliyin 20-ciillərində ortaq maraqlar ucbatından Leninlə Atatürk arasında yaranmışqısamüddətli əməkdaşlığı çıxmaq şərtilə Türkiyə-Rusiya münasibətləri öz çoxəsrliktarixi ərzində heç vaxt indiki qədər yaxın olmayıb. Bu yaxınlığı şərtləndirənbir çox məqamlar olsa da, ən başlıca səbəb, heç şübhəsiz ki, hər iki ölkənin vəonların liderlərinin ABŞ və Avropa Birliyi tərəfindən təklənməsidir. Putinin yaxınsələflərindən fərqli siyasətini, bir az da konkret desək, yeni geopolitikiştahlarını, Ərdoğanınsa Atatürkdən sonrakı türk liderlərinin heç birindəolmayan müstəqil davranışlarını sinirə bilməyən Qərb unudur ki, bu cür qısnamasiyasətiylə onları nəinki özlərindən daha da uzaqlaşdırır, eyni zamandabir-birilə günbəgün yaxınlaşdırır.

Rusiya ilə məsələ xeylibəsitdir, ABŞ və AB-nin orda demokratik bir dövlət qurmaq illuziyası puç oldu. Odurki, bir vaxtlar adına şər imperiyası dedikləri və çox böyük çətinliklər hesabınaçökdürdükləri Sovetlərin yeni dirçəlişini əsl fəlakət və məğlubiyyət sayır,buna hər vəchlə mane olmağa çalışırlar.

Bəs, Türkiyə? Özünün NATOmüttəfiqinə, həm də bütün Yaxın Şərqdəyeganə dayağı və güclü hərbi potensiala malik bir müttəfiqinə qarşı bu cürkin-kidurətli mövqe nədən qaynaqlanır?

Təbii ki, Türkiyə Avropastandartlarına uyğun gələn bir demokratik dövlət deyil. Elə buna görə də onunAB-nə üzv olması barədə hələ Ərdoğanın hakimiyyətə gəlişinin ilk dönəmlərindəbaşlayan və bir müddət intensiv şəkildə davam edən danışıqlar, deyəsən, artıqbiryolluq keçilməz dalana dirənib qaldı. Açığı, dərindən incələyəndə burda həmhaqsız, həm də haqlı məqamların olduğu üzə çıxacaq. Burda məsələ təkcədövlətlərin, ölkələrin siyasi, iqtisadi, strateji və s. əməkdaşlığından yox,həm də ortaq dəyərlər sistemini bölüşməsindən gedir ki, bu sahədə Qərb və Şərq toplumu,onların mentaliteti, təfəkkür tərzi arasında adi gözlə görünəcək dərəcədəkəskin fərqlər var. Üstəlik, Ərdoğanın aşırı dinçiliyinin də bu məsələdəaxırıncı rol oynamadığı heç kimə sirr deyil.

Ancaq terrorizmləmübarizə, ölkənin ərazi bötövlüyünü qorumaq hər bir dövlətin təməl haqqıdır,axı. Təəssüf ki, Qərb müttəfiqləri bu məslədə də Türkiyəyə qarşı səmimideyillər və onun bu yöndəki hər hansı təşəbbüsünü süngüylə qarşılayırlar. AddımbaşıAnqaranın ünvanına haqlı-haqsız təhdidlər yağdırmaq, onu sanksiyalarlahədələmək artıq Qərb siyasi dairələrinin az qala hobbisinə çevrilib. Düzdür,belə məqamlarda NATO yetkililəri nisbətən təmkinli mövqe sərgiləyirlər, ancaq nəzərəalsaq ki, dövlətlərin hərbi müttəfiqliyinin taleyi də hərbiçilərin yox,siyasətçilərin əlindədir, onda heç etibarlı hərbi tərəfdaşlıqdan da danışmaq mümkündeyil.

Beləliklə, RusiyaylaTürkiyənin Qərbin yuxusuna haram qatan bugünkü əməkdaşlığının təbii şəkildə,necə deyərlər, zamanın diqtəsiylə gündəmə gəldiyini, bir az da bədii-psixolojiçalara bürüyərək özünüqoruma instinktinəticəsində yarandığını söyləsək, yanılmarıq.

Dünən Vaşinqtondan, onsuz da, böhran dövrünüyaşayan ABŞ-Türkiyə münasibətlərinin daha da pisləşməsinə rəvac verəcək yenibir xəbər də gəldi. KonqresinNümayəndələr Palatası Türkiyənin əleyhinə birdənbirə iki qərəzli qətnaməçıxardı. Bu qətnamələrin biri "Sülh çeşməsi” əməliyyatı ilə bağlı Türkiyəyəsanksiyalar tətbiq olunması, ikincisi isə artıq uzun illərdir ki, ABŞsiyasətinin kif basmış qovluğunda özünə yer eləmiş və Domokl qılıncı kimiTürkiyənin başının üstündən asılmış qondarma erməni soyqırımı məsələsiyləbağlıdır. Doğrudur, hər iki sənəd Senatda qəbul olunduqdan və prezidenttərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Ancaq münasibətlərin indikisəviyyəsində həmin üzdəniraq qətnamələrin hər iki instansiyadan keçəcəyiehtimalı çox böyükdür. Erməni soyqırımı məsələsilə bağlı bu cür təşəbbüslərin qarşısıvaxtilə prezidentlər tərəfindən son anda alınsa da, indiki reallıqlarçərşivəsində, üstəlik, sabah hansı addımı atacağını bu gün özü də bilməyənbirisinin Ağ evin sahibi olduğu bir dönəmdə bir daha baş verəcəyini proqnozlaşdırmaqxeyli çətindir.

Açığı, hazırkı şəraitdə Türkiyəyə yönəlik bu cür sərt addımların atılacağı gözlənilən idi. Ancaq məsələninacınacaqlı tərəfi həmin sənədlərin qəbul edilməsində yox, necə qəbulolunmasındadır. Çünki hər iki qətnamə, demək olar ki, demokrat və respublikaçıkonqresmenlər tərəfindən yekdilliklə, birincinin əleyhinə 16, lehinə 403,ikincinin əleyhinə 11, lehinə 405 səslə qəbul olunub. Demokratik yolla seçilmişparlamentlərdə hətta sıradan hər hansı bir sənədin qəbulu zamanı da çox nadirhallarda bu cür həmrəylik nümayiş etdirilir.

Təbii ki, məsələnin iki kökü var. Bunun birincisi,son vaxtlar Amerika siyasi dairələrində əndazəsini aşan antitürk ovqatdırsa,ikincisi Türkiyə prezidentinin bəzən haqlı, bəzən haqsız olaraq gün-gündənartan antiamerika və nə qədər qəribə də olsa, antiisrail ritorikasıdır. Məsələburasındadır ki, Ərdoğan məşhur "ayn moment” demarşından sonra məqsədli vəardıcıl şəkildə zahirən kiçik və gənc İsraildövləti, mahiyyət etibarıylasa dünya siyasətini ovcunda gəzdirən bütün İsrailövladlarıyla münasibətləri açıq düşmənçilik səviyyəsinə qaldırdı. Hələ çox-çoxuzaq tarixi dövrlərdən bu qövmlə türklərin yaxşı münasibətləri olmuşdu. Xristianlartərəfindən hər addımbaşı təqiblərə və qətliamlara uğrayan yəhudilər fürsətdüşdükcə türklərin himayəsinə sığınmış, Osmanlı dövləti onlara qahmar çıxmış,havadarlıq eləmişdi.

Ermənilərdən fərqli olaraq yəhudilər unutqan millətdeyil, yaxşılığı yaddan çıxartmırlar. Yəhudi lobbisi məhz uzaq keçmişdənƏrdoğana kimi mövcud olan sıx dostluq münasibətlərinə görə Türkiyəyə həmişədəstək olmuş, onun maraqlarının müdafiəçisi qismində çıxış eləmişdi. Bax,Nümayəndələr palatasındakı dünənki səsvermənin bu cür biabırçı nəticəsininbaşlıca səbəblərindən biri də həmin dəstəyin itirilməsiylə bağlıdır. Odur ki, tarixinheç bir dönəmində indiki qədər güclü olmayan yəhudilərlə bu səviyyədə düşmənçilik etmək lazım deyildi.Özü də kimin-kimin, Ərdoğanın aşiqi olduğu Osmanlını dar ayaqda ingilislərinayağına verən, öz din qardaşlarına arxadan zərbə vuran ərəblərin ucbatından.

Bəli, bu günTürkiyə-Rusiya yaxınlaşmasını zəruri edən, artıq onu strateji tərəfdaşlıqmüstəvisinə çıxardan əsas amil Qərbsiyasi dairələrində həddini aşan və getdikcə təhlükəli mərhələyə qədəm qoyanantitürk siyasətidir. Sanki tarixin təkəri əks tərəfə dönür. Vaxtilə Kremlintəhdidlərindən yayınmaq üçün NATO-ya qoşulmuş Türkiyə indi Qərbin təzyiqlərinəsinə gərmək üçün Moskvaya üz tutur. Razılaşın ki, Putin üçün bundan əla fürsətələ düşməzdi. Hazırda dünyanın yeganə fövqəlgücü olan bir hərbi blokun Şərq cinahındakıən böyük dövlətlə ən strateji silahların alqı-satqısı səviyyəsinə qədər dərinəişləyən əməkdaşlığın səbəblərini də məhz burda axtarmaq lazımdır. Hələ bir aşağıdakıaçıqlamaya fikir verin: "Kürdlər (oxu: terrorçular) Soçi anlaşmasında nəzərdətutulduğu kimi sərhəddən 30 km. aralıya çəkilməsələr türk ordusu tərəfindənməhv ediləcəklər”. Sitatın müəllifi vaxtilə hazırda gündə bir adla zühur edən həminseperatçı terror təşkilatını yaratmış və bəsləmiş rəsmi Moskvanın rəsmi sözçüçüDmitri Peskovdur.

Belə görünür ki, indiTürkiyənin yox, Qərbin seçim anıdır. Əgər Qərb öz strateji müttəfiqinə yönəlikaçıq düşmənçilik siyasətindən əl çəkməsə Anqara-Moskva əməkdaşlığının stratejipartnyorluq həddinə yüksəlməsi qaçılmaz zərurətə çevriləcək.



TƏQVİM / ARXİV