adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 Oktyabr 2019 14:12
9651
GÜNDƏM
A- A+

Bakıda 17 yaşlı oğlan aptekdən 7000 manat pul oğurlayıb

Bakıda 17 yaşlı gənc aptekdən pul oğurlayıb.

Adalet.az-ın xəbərinə görə, hadisə oktyabrın 25-də, gecə saatlarında paytaxtın Binəqədi rayon, Süleyman Sani Axundov küçəsində baş verib.

Belə ki, Bakı şəhər sakini F.Həsənova məxsus aptekə gizli yolla daxil olmaqla qeyri-aşkar şəraitdə kassadan 7000 manat pul oğurlanıb. Daha sonra F.Həsənov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü R.Dadaşzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.