adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
31 Oktyabr 2019 13:00
9154
GÜNDƏM
A- A+

İsrail xarici sərmayələrə nəzarət komissiyası yaradıb

İsrail xarici investisiyalarla bağlı olan milli təhlükəsizliyin bəzi aspektlərini öyrənmək üçün komissiya yaratmağa qərar verib.

Adalet.az xəbər verir ki, Baş nazir Binyamin Netanyahunun Təhlükəsizlik Kabineti yeni nəzarət orqanını təsdiqləyib.

Komissiyanın tərkibinə bir sıra güc strukturları daxil ediləcək. Komissiyanın işinə Maliyyə Nazirliyi cavabdeh olacaq.

Xarici KİV-də bu məsələnin əsasən Çinə qarşı ünvanlandığı bildirilir. Düzdür, Təhlükəsizlik Kabinetinin yaydığı bəyanatda Çinin adı çəkilmir. Amma məlumdur ki, ABŞ əsas tərəfdaşlarından olan İsrailə dəfələrlə Çin tərəfdən potensial casusluğa görə narahatlığını bildirib. Çin İsrail texnologiya şirkətləri üçün böyük bazardır, ölkə İsrail şirkətlərinə və infrastruktur layihələrinə xeyli sərmayə qoyub. (report)