adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Oktyabr 2019 12:20
9406
GÜNDƏM
A- A+

Azərbaycanda dini icmaların gizli fəaliyyəti qeydə alınmır - Səyavuş Heydərov

Artıq Azərbaycanda dini icmaların gizli fəaliyyəti qeydə alınmır və belə hal müşahidə edilməyib.

Adalet.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Azərbaycandakı dini durumun əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşdığını nəzərə çatdıran S.Heydərov qeyd edib ki, ölkə qanunvericiliyi xarici ölkə vətəndaşlarının dini təbliğ etməsini qadağan edir: "Bu baxımdan dini icmaların fəaliyyətinə nəzarət kifayət qədər güclüdür. Artıq evləri gəzərək insanları müəyyən dini cərəyanlara cəlb edən dini sektalar mövcud deyil. Əvvəllər əsas narahatlığımız qeyri-islami dini cərəyanlarla bağlı idi. Onlar müəyyən sektalara bölünərək qanunları pozurdular. Bu sektalar da ölkəmizi istəməyən qüvvələrin əlində alət idilər. Artıq bizim əvvəllər sekta formasında fəaliyyət göstərən icmalarla əməkdaşlığımız mövcuddur. Onlar da belə hərəkətlərdən uzaq olmağa çalışırlar”.

S.Heydərov bildirib ki, ölkədə bütün dini icmalara bərabər münasibət bəslənilir: "Demək olar ki, qanun pozuntusuna az hallarda rast gəlirik. Əksər dini icmalar qanunun tələblərinə riayət edirlər".