adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Oktyabr 2019 11:39
8352
GÜNDƏM
A- A+

Nurməhəmmədovun karyerasını bitirəcəyi tarix açıqlandı

Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədov MMA karyerasını iki və ya üç döyüşdən sonra başa vurmalıdır.

Bu barədə idmançının atası və məşqçisi Abdulmanap Nurməhəmmədov "Fight Nights Global” adlı "YouTube” kanalında məlumat verib.

Onun sözlərinə görə, Nurməhəmmədovun növbəti rəqibi Toni Ferqyuson olacaq. O, bu döyüşün UFC tarixində ən yaxşı döyüş olacağını vurğulayıb.

Qeyd edək ki, Nurməhəmmədovun aktivində məğlubiyyətsiz 28 qələbə var.