adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Oktyabr 2019 11:16
10553
GÜNDƏM
A- A+

Bakıda keçiddə piyadanı avtomobillə vurub qaçan sürücü saxlanılıb

Bakıda piyadanı avtomobillə vurub qaçan sürücü saxlanılıb.

Adalet.az-ın xəbərinə görə, hadisə oktyabrın 22-də paytaxtın Binəqədi rayon, Biləcəri qəsəbəsi ərazisində baş verib.

Belə ki, qəsəbənin Natavan küçəsində yerləşən piyada keçidində Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Ş.Ələsgərovu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb.

Ağır xəsarətlər alan yaralı xəstəxanaya çatdırılıb.

Binəqədi Rayon Polis İdarəsi, Dövlət Yol Polis Şöbəsi və 6-cı Polis Bölməsinin keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1989-cu il təvəllüdlü R.Namazov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.