adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Oktyabr 2019 17:58
8798
GÜNDƏM
A- A+

Bağdadinin yerini deyən şəxsə 25 milyon veriləcək

İŞİD lideri Əbu Bəkr əl-Bağdadi köməkçisinin hesabına öldürülüb.

Adalet.az bildirir ki, bu barədə "The Washington Post” məlumat yayıb.

Bildirilir ki, terrorçunun adı açıqlanmayan müttəfiqi ABŞ hökuməti ilə müvafiq razılaşma əsasında Amerika xüsusi əməliyyatına lazım olan hər şeyi - əl-Bağdadinin yerləşdiyi binanın planını, qrupun Suriya ətrafında səyahət marşrutunu hazırlayıb.

Amerikalı əsgərlər terrorçuların yerləşdiyi kəndə gələndə o da orada olub. Nəşrin məlumatına görə, o, əməliyyatdan cəmi iki gün sonra ərazidən çıxarılıb. Suriyanı ailəsi ilə birlikdə tərk edib. O, göstərdiyi "işə” görə 25 milyon dollar alacaq. ABŞ hakimiyyətinin terrorçunun başı üçün verdiyi pul mükafatı məhz budur.