adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Oktyabr 2019 17:11
13562
GÜNDƏM
A- A+

Dələduzluqda təqsirləndirilən vəkil və sabiq müstəntiqə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrikdə təqsirləndirilən Vüqar Poladov və Misir Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Adalet.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Poladov 8600 manat cərimə edilib və onun vəkillik fəaliyyətinə 2 il qadağa qoyulub. Digər təqsirləndirilən sabiq müstəntiq M.Əmirov isə 5000 manat cərimə edilib.

V.Poladov müxtəlif işləri həll etmək adı ilə vətəndaşlara vəd verərək pul almaqda ittiham olunur. Ona külli miqdarda dələduzluq və rüşvət verməyə təhrik etmə əməlləri ilə bağlı müvafiq maddələrlə ittiham verilib.

V.Poladov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin keçmiş baş icra məmuru olub, sonradan vəkil kimi fəaliyyətə başlayıb.