adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Oktyabr 2019 17:09
9520
GÜNDƏM
A- A+

ABŞ: Təkcə bir ştatımız Rusiyadan böyükdür

Əgər Texas müstəqil olsaydı, onun iqtisadiyyatı dünyanın ən böyük 12-ci iqtisadiyyatı olardı və nəticədə Rusiyanı qabaqlayardı.

Adalet.az  xəbər verir ki, bunu Ər-Riyaddakı Gələcək İnvestisiya Təşəbbüsləri Forumunda çıxışı zamanı ABŞ-ın Energetika naziri Rik Perri deyib.

"Biz atmosferdə böyük çirklənmə yaradan qeyri-effektiv köhnə elektrik stansiyalarından uzaqlaşırıq. Mən Texas qubernatoru olduğum 14 ildə bu keçidi kifayət qədər yaxından izlədim. Bu dövrdə biz atmosferə tullantıların atılmasına real təsir edəcək bəzi işlər gördük. Mən Texasdakı insanlara xatırlatmağı sevirəm ki, əgər biz ayrı ölkə olsaydıq, dünyanın 12-ci ən böyük iqtisadiyyatı olardıq. Bu isə Rusiya iqtisadiyyatından daha böyükdür”, – deyə o bildirib.