adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Oktyabr 2019 17:05
9024
GÜNDƏM
A- A+

Azərbaycanda bu il 1688 ədəd minik avtomobili istehsal edilib

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 221,7 milyon manatlıq məhsul istehsal edilib.

Adalet.az-ın məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,8 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı 11,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,2 faiz azalıb.

Dövr ərzində 886 ədəd traktor, 1688 ədəd minik avtomobili istehsal olunub.