adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Oktyabr 2019 16:51
7712
GÜNDƏM
A- A+

Nazir nəvəsi olan keçmiş vəkillə hökm oxundu - vəkillikdən uzaqlaşdırıldı

Adalet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Vüqar Poladov və Misir Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub. Hazırda işə hakim Samir Əliyevin sədrliyi ilə baxılırəb.

Sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən Vüqar Poladov 8600 manat cərimələnib. Məhkəmənin hökmü ilə onun vəkillik fəaliyyəti ilə məşğul olması da qadağan edilib.Misir Əmirov isə 5600 manat cərimə edilib.

Bu işi maraqlı edən bir məqam var.

Belə ki, Vüqar Poladov bir neçə ay əvvəl Baş Prokurorluğa göndərdiyi məktubun sübutlar siyahısından çıxarılmasını istəyib. Keçmiş vəkil həmin məktubda rüşvət verilməsində iştirakını etiraf edib, bu haqda ətraflı məlumat verib. Vüqar Poladov baş prokurora məktubunda hakimlərə pul verib xeyrinə qərar çıxardığını etiraf etmişdi. Sonra həmin məktubu inkar edirdi. İndi isə inkar etməsə də sübutlar siyahısından çıxarılmasını istəyir.

Bildirək ki, Vüqar Poladov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin keçmiş baş icra məmuru olub. Daha sonra isə vəkil kimi fəaliyyət göstərib.

V.Poladov uzun müddət İctimai Televiziyada "İcra məmuru" rubrikasının daimi müsahibi olub və ölkədə məhkəmə qərarlarının icrası ilə bağlı hesabatlar verib. Sonradan həmin sistemdən uzaqlaşıb və vəkil kimi fəaliyyətə başlayıb. 12 saylı vəkil bürosunun vəkili olub. Sonradan vəkillik fəaliyyətini də qeyri-müəyyən səbəbdən dayandırıb.

V.Poladov dövlət xadimi, uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuş Möhsün Poladovun nəvəsidir.

O, Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham olunur. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Vəkilə cinayət işi açılması ilə bağlı ilginc məlumatlar var. Belə ki, criminal.az saytı yazırdı ki, V.Poladov özü baş prokurora müraciət edərək hakimlərə rüşvət verdiyini, xeyrinə qərarlar çıxardığını deyib.

Amma Poladov bu iddianı rədd edir. Deyir ki, barəsində cinayət işi açılması müxalifətin sifarişidir. Belə ki, o müxalifət düşərgəsində xeyli agent yerləşdirdiyini, müxalifətin bundan xəbər tutduqdan sonra barəsində sifarişlə cinayət işi açdırdığını iddia edir.

(musavat)