adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Oktyabr 2019 15:44
12543
GÜNDƏM
A- A+

Ərdoğan: ABŞ-da erməni terrorunu unudublar

ABŞ-da erməni terrorunu unudublar və Türkiyəni qondarma "erməni soyqırımı”nda ittiham edirlər.

Adalet.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident bildirib ki, Türkiyə 1915-ci ilin bütün arxivlərini açıb, amma Ermənistan hər hansı bir fakt təqdim edə bilməyib, çünki heç bir "erməni soyqırımı” olmayıb.

Prezident əlavə edib ki, Ankara ABŞ Nümayəndələr Palatasının "erməni soyqırımı”nın tanınması ilə bağlı səsverməsini kəskin pisləyir: "Bu qətnamə Ankara üçün heç bir hüquqi qüvvəyə malik deyil".