adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Oktyabr 2019 10:43
27133
ƏDƏBİYYAT
A- A+

İsi MƏLİKZADƏ: Cehiz güzgüsü - (Hekayə)

Toy gününə bir həftə qalmış Abdullanın evinə bərk qan-qaralıq düşdü. Abdulla eşitmişdi ki, qız köçürtmək ağır işdi, amma heç ağlına da gətirməmişdi ki, bu ağırlıq bapbalaca bir şeyin ucbatından olacaq. Qızın cer-cehizi çoxdan düzəlmişdi: iynə-üskükdən tutmuş mebeləcən hər şeyi vardı. Birdən duyuq düşdülər ki, güzgü yoxdu.

Abdulla rayon mərkəzindəki mağazalarda isbatlı, qiymətli güzgü tapa bilmədi. Kənd mağazalarını bir-birinə vurdu, iki qonşu rayonun dükan-bazarlarını ələk-vələk elədi, di gəl ki, evə əliboş, kor-peşman qayıtdı və artırmada oturub onun yolunu gözləyən qohum-əqrəbasını da peşman elədi. Dişlərini qıcıyıb:

- Əlacın ola, bu mağazaları od qoyub odlayasan,dedi, Əşi, day güzgü buraxmırlar yəni?! Yəni bu camaata fərli güzgü lazım döyül?! Bay atonnan, belə də iş olar? Zənənnərin ciblərində gəzdirdiyi güzgüdən savay zgü yoxdu mağazalarda! Güzgü də mənə bir matah olub! Tfu, zalım uşağı!

Heç kim başa düşə bilmədi ki, Abdulla «zalım uşağı» deyib kimə tüpürür: güzgünü mataha döndərənlərə, yoxsa ayağını yerə dirəyib onu güzgü dalınca göndərən qohum-əqrəbaya?

Abdulla artırmanın qabağında sallağı oturub, yorğun-arğın dedi:

- Day güzgü-zad axtarmayacam.

Artırmada böyüklü-kiçikli, arvadlı-kişili on-on beş adam vardı, bu on-on beş adamdan kimsə bir arvad xeylağı dodaqlarının altında mızıldadı?

- Güzgüsüz də gəlin olarmı, ay qağa?

Başqa bir arvad da onun sözünə qüvvət verdi:

-Güzgü adamın baxtıdı, qurban olum... Güzgü aydınlıqdı...

Abdulla hirsli-hirsli:

- Özümü güzgü qayırmayacam ha. – dedi.

Artırmadakı on-on beş nəfərin içində Abdullanın Nəsir adlı bir qohumu da vardı, Abdullanın rəhmətlik atası ilə Nəsirin rəhmətlik atası xalaoğlu idilər, elə Abdullayla Nəsir də bir-birlərinə «xalaoğlu» deyirdilər. Toya hazırlıq məqamında Nəsiri də məsləhət-məşvərətə, köməyə çağırmışdılar, ancaq bu neçə gündə Nəsirin məsləhətinə, köməyinə ehtiyac olmamışdı.

Nəsir hiss elədi ki, indi onun kara gələn vaxtı çatıb. Əvvəlcə yerində qurcuxub kətili cırıldatdı, sonra boğazını arıtlayıb:

- zgünün fikrini çəkməyin,dedi.Güzgü mənim boynuma.

Hamı başını döndərib, bir az qıraqda oturmuş Nəsirə baxdı. Nəsir də gözlərini zillədi Abdullanın istidən pörtmüş üzünə.

-Xalaoğlu, cehizin içində güzgü mütləq olmalıdı,dedi. Birinci kərədir qız köçürdürsən, adəti-filanı bilmirsən. Mənim dörd qızım var allah hamınınnı xoşbəxt eləsin – hələ balacadılar, vaxt yetişəndə onlar da köçəcəklər. Qoymaram bir şeyləri də əskiy olsun. Qız ata öyünnən çıxanda gərək ürəyiaçıq çıxsın, kəm-kəsirsiz çıxsın. Bildin, xalaoğlu?

Abdulla, Nəsirdən beş-altı yaş böyük idi, amma indi Nəsirin danışığına qulaq asdıqca ona elə gəldi ki, Nəsir dünyagörş, ahıl kişidi və bu kişi Abdullanı qabağına qoyub ağıl verir ona. Abdulla, Nəsirin qalın, şəvə bığına baxa-baxa başını yellədi.

- Güzgü qəhədə çıxıb, xalaoğlu,dedi. – Haqqını dörtqat, beşqat verrəm, kimdə var gətirsin. Yerini bilirsənsə, de, bu dəyqa gedim alım.

Digər Xəbərlər