Allahın yaddaşından heç nəyi silmək olmaz! - Şəhidlər Xiyabanından REPORTAJ

ULUCAY AKİF
74184 | 2019-11-01 09:08

-BessantinaVera Lvovna…

Burdadır!

-AbbasovSabir Rzaqulu oğlu…

Burdadır!

-BabayevaSürəyya…

Burdadır!

-SemyonovVladimir Aleksandroviç…

Burdadır!

-ƏliyevHidayət Məcid oğlu…

Burdadır!

-

Bura bir az yorğun gəlmişdim, amma üçrəngli bayrağımızı görən kimi bütün yorğunluğum keçdi. O bayraq ki, artıq 100 ildir hər şeyə rəğmən yorulmadan, məğrurluqla səmalarda dalğalanır. Çiyinlərimi düzəldib sinəmi qabağa verdim və fəxarətlə addımlamağa başladım.


**

Xiyabanıngirişində qarşıma çıxan ilk məzarlar İlham ilə Fərizənin qəbrləri oldu. Hərəsininüstündə qoşa qərənfil. Buradakı yeganə cüt şəkil də onların baş daşlarındadır.


OnlarAllahın elə yaratdığı iki zər idi ki, yüz il də atılsalar həmişə qoşa düşəcəkdilər.

İham vəFərizə mənim üçün həmişə Leyli və Məcnun, Fərhad və Şirin, Əsli və Kərəmdəndaha böyük, daha gözəl görünüb.

Şəhərin səs-küyübura nüfuz edə bilmir. Bura sükut içindədir, hüzurludur. Məncə, Bakının ən gözəlməkanı elə buradır, çünki burada bu məmləkətin ən gözəl adamları uyuyur.

Məzarlardakıadları bir-bir oxuyuram. Düzdür, onları əzbərimdə saxlaya bilməyəcəm, amma heçolmasa adlarını bir dəfə də olsa səsli şəkildə oxumağı özümə borc bilirəm.

-TahirovVaqif Sabir oğlu!

-CavadovAbbas Şəmsi oğlu!

-MusayevVaqif Dursun oğlu!

-


Şəhidlərimizin qaramərmər üzərindəki şəkillərinə baxıram. İlahi, necə işıqlı, necə mərdsimalardır. Hamısının üzündə nur var, gizli bir təbəssüm var, hamısının gözlərindənümid oxunur. Onlar bizə inanır!

Buradainsan öz ayaq səslərini daha aydın eşidir. "Əbədi məşəl” abidəsinə tərəfaddımlayarkən bu məmləkətin də əbədiliyinə inamım artır.

"20yanvar” şəhidlərindən sonra xiyabanda dəfn olunmuş Qarabağ şəhidlərinin məzarlarınınqarşısına keçirəm. Mən Qarabağı görməmişəm, orada olmamışam, amma bu şəhid məzarlarınınhamısı o torpaqların bizim olmasına dair ən böyük sənəddir.

Məzarlarınarasında biri daha çox diqqətimi çəkir və məni kövrəldir. Xocalıda qətl edilmiş5 yaşlı qızın məzarı. Baş daşına da elə bu cür yazılıb, ad yoxdur, çünki o,hamımızın qızıdır.


Gözümünqabağına Çingiz Mustafayevin kadrları gəlir. Bəlkə də bu Xocalı faciəsini çəkərkənəsgərimizin qucağına alıb Çingizə "Bunu çək, bunu çək” dediyi həmin o qızdır.Çingizin "Üzünü, üzünü qaldır” hayqırtısı qulağımda sədalanır...

Qəzəbhissi yavaş-yavaş beynimi zəbt etməyə başlayır və mən digər məzarları gəzməyədavam edirəm.

Amma ŞəhidlərXiyabanında başa düşmədiyim bir şey də oldu. "Daşaltı əməliyyatı” şəhidlərininyerləşdiyi məzarların düz önündə dekorativ kollar elə əkilmişdi ki, onların məzarlarınıdüz-əməlli ziyarət edə bilmədim. Məncə, bu kolları buradan yığışdırmaqlazımdır.



-ƏliyevCamal İlyas oğlu…

Burdadır!

-MəmmədovSərvan Məmməd oğlu…

Burdadır!

-

Azərbaycanın şəhid olan ilk qadın jurnalisti SalatınƏsgərovanın da məzarı önündə ayaq saxlayıram. Biz həmişə qadınlarımızı sevmişikvə onlarla fəxr etmişik. Nə yaxşı ki Allah bizi belə qadınlarlamükafatlandırıb.


Daha sonra əslən yəhudi olan şəhidimiz AlbertAqarunovun məzarını görürəm. Albert, həmin o məşhur videodakı çıxışındakı kimitəbəssümlə mənə baxır.

İstəyirəm elə həmin o tankın içində oturan Albertəverilən sualı mən də təkrarlayım.

-Hələnə qədər vuruşacağıq?

-MÜHARİBƏNİNAXIRINA KİMİ!– qara mərmərdən boylanan Albertin şəkli təbəssümlə cavab verir.


Bəli, biz butorpaqlar uğrunda müharibənin sonuna kimi vuruşacağıq. Heç kim bizim o torpaqları uduzacağımızı, otorpaqlar uğrunda mübarizəni dayandıracağımızı düşünməsin!

O torpaqlarbizimdir. Bunu nəinki ermənilər, o torpağın səmasında uçan quşlar da bilir, oradabitən ağaclar da bilir, hər daş parçası bilir. 

Allahın yaddaşından heç nəyisilmək olmaz!



Ulucay Akif


TƏQVİM / ARXİV