adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
30 Oktyabr 2019 14:19
61851
MƏDƏNİYYƏT
A- A+

Xalq artisti Firəngiz Əlizadə yenidən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti X qurultayı keçirilib.

Əvvəlcə ABİ-nin 21 nəfərdən ibarət yeni idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası seçilib.

Sonra qurultay iştirakçıları açıq səsvermədə Xalq artisti Firəngiz Əlizadəni yekdilliklə yenidən 5 il müddətinə İttifaqın sədri seçiblər.

Qeyd edək ki, Firəngiz Əlizadə 2007-ci ildən ABİ-nin sədridir.