adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Oktyabr 2019 12:22
15499
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SON İSTƏK

Dilimin ucunda
bir "ah" var,
Kipriyimin ucunda
üzüləcək damla...

Bəlkə də,
bunun üçün də,
cəhd olacaq
hansısa bir üsulla,
ediləcək qüsulla -
yuyulacaq
günahlar...

Amma,
mənim inan,
bax bu an

keçir ürəyimdən,
həm də ağlımdan -
Sən tələs,
bir az cəld ol,
o vaxtı gözləmə...
adımı an -
yandırdığın
bir şamla!

Görüm ... duyum
şahidi özüm olum
son istəyimin -
sonda!