adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Oktyabr 2019 18:09
38514
İDMAN
A- A+

"Qarabağ"ın oyunu UEFA-nın "xüsusi matçlar" siyahısında

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcəkAPOEL - "Qarabağ" oyununu "xüsusi diqqət mərkəzində saxlanması vacib qarşılaşmalar" siyahısına daxil edib.

Adalet.az goal.az-a istinadən xəbər verir ki, qitənin ali futbol qurumu Ağdam klubunun LüksemburqdaDudulange-la keçirdiyi matçı zamanı baş verən "dron təxribatı"nı əsas götürərək bu addımı atıb.

UEFA bu məqsədlə APOEL-dən Nikosiyadakı qarşılaşmanın təhlükəsizlik tədbirlərini gücləndirməsini tələb edib.

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-i keçiriləcək. Bu komandalar arasında 3-cü turda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.