adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Oktyabr 2019 14:38
42696
KRİMİNAL
A- A+

Həbsdə olan ərinə tiryək vermək istəyən qadın saxlanılıb

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Cəfərov Məhəmməd Rahid oğlu ilə qısamüddətli görüşə getmiş arvadı, Lənkəran şəhər sakini Rəsulova Şəbnəm İltifat qızı tərəfindən aparılmış sovqata baxış keçirilən zaman orada olan gödəkcənin cibində gizlədilmiş bükülüdə 2.1 qram narkotik maddə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.