adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Oktyabr 2019 13:10
12020
SAĞLAMLIQ
A- A+

Niyə insanlar şokolad istəyir?

Nə qədər sağlam qidalansanız da, bəzən spesifik olaraq, xüsusilə də qadınlar olaraq ürəyimiz şokolad istəyir. Hətta bəzən krizə belə girə bilirik. Bəs niyə insanlar şokolad istəyir? Bunun bir neçə səbəbi var.

Qan şəkərinin aşağı olması

Yemək vaxtları arasındakı boşluqlar uzun olduğu zaman qan şəkərimiz düşür. Enerjiyə ehtiyac duyuruq. Şirin qidalar enerji səviyyəsini sürətli şəkildə qaldırdığı üçün ürəyimiz şəkərli qidalar istəyir. Lakin belə vəziyyətlərdə şokolad yemək düzgün seçim deyil. Sürətli bir şəkildə yüksələn enerji, eyni sürətlə də aşağı düşəcək. Ən yaxşısı yeməklər arasında uzun boşluqlar buraxmamaq və lifli qidalar qəbul etməkdir.

Maqnezium çatışmazlığı

Əslində bir çox insanda maqnezium çatışmazlığı və bundan özlərinin xəbəri yoxdur. Şokolad maqnezium baxımından olduqca zəngin qidadır. Nəticədə maqnezium çatışmazlığı səbəbi ilə insanların ürəyi şokolad istəyə bilir. Kiçik kvadrat parça şokoladda 41 milliqram maqnezium olur. Qadınlar gün ərzində 320 qram maqneziuma ehtiyacları olur. Əgər sizin də maqnezium çatışmazlığınız varsa, təbii kakaodan hazırlanmış şokoladlara üstünlük verə bilərsiniz.

Vərdiş

Hər gün mütləq şokolad və ya şokoladlı qida qəbul edirsiniz? O zaman sizdə bu artıq vərdiş halını alıb. Bu da o deməkdir ki, ehtiyacınız olduğu üçün deyil, sadəcə vərdiş halına gəlib deyə ürəyiniz şokolad istəyir. Bu vərdişdən qurtulmaq üçün sağlam qidalanmağa üstünlük verərsiniz.

Mensturasiya dövrü

Araşdırmalar göstərmişdir ki, qadınların 50%-i mensturasiya dövründə şokolad istəyir. Bunun üçün hər hansı bir elmi açıqlama verilə bilməsə də, ehtimal olaraq enerjili və xoşbəxt hiss etmək üçün şokolad yeyirlər.

Şokoladın faydaları

Şokoladı niyə istədiyinizin səbəblərini bildiyinizə görə artıq sizə bir neçə yaxşı xəbərimiz var. Kakao antioksidant baxımından zəngin qidadır. Araşdırmalar göstərir ki, şokolad xolesterolu düşürür və yaddaşı gücləndirir. Lakin paketlənmiş şokoladların bir çoxu bu faydalara sahib deyil. Onlar əsasən şəkərdən ibarətdir və zərəri xeyirindən çoxdur. Mütəxəssislər bildirir ki, tərkibinin 70%-i kakao olan şokoladlara üstünlük vermək olar, amma yenə də bir neçə parçadan artıq yeməyin.